Icma.az
close
up
RU
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür

İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür

Icma.az, Sia Az saytına istinadən bildirir.

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür. Beynəlxalq aləmdə Azərbaycan Oftalmologiya elmini layiqincə tanıdan yüksək intellekt sahibi, mənəvi təmizlik və paklıq nümunəsi, oftalmologiyası sahəsində ilk qadın akademik, oftalmologiya aləmində ən yüksək mükafata-SSRİ Tibb Elmləri Akdemiyasının akademik M.İ.Aberbax adına mükafata layiq görülən ilk qadın Zərifə Əziz qızı Əliyeva XX əsrin dünya şöhrəti qazanmış ən parlaq ziyalı qadınlarımızdandır. Zərifə xanım insanların gözünə nur verir, minlərlə insana gözəl dünyamızı görmək sevinci bəxş edirdi. O, keçdiyi mənalı həyat yolu elmin işığına sədaqəti olan ziyalı nəsillər üçün nümunədir.

1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasında anadan olub.Azərbaycan səhiyyəsinin, tibb elminin əsas təşkilatçısı və yaradıcılarından biri olan, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım Əliyeva həkimlər ailəsinin müqəddəs ocağında böyüyüb, boya-başa çatmışdır. Zərifə xanım Əliyeva 1942-ci ildə bakıda orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-proflaktika fakultəsinə daxil olmuşdur. Zərifə xanım bu institutu bitirdikdən sonra Moskva şəhərində Oftalmologiya üzrə həkimləri təkmilləşdirmə İnstitutunda təhsilini davam etdirmişdir. O, 1948-ci ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya əmək fəaliyyətinə başlamışdır.

1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz xəstəlikləri kafedrasının dosenti, professor, Görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, Oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

1976-cı ildə Q.Helmholis adına Moskva Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərinin görmə üzvünün vəziyyəti” mövzusunda dissertasiya müdafiə etmişdir. Oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatlarını, cümlədən “Terapevtik oftalmologiya”, “İridadiaqnostikanın əsasları” nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə xanım Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir. Onun rəhbərliyi altında gənc elmi işçilər və həkim oftalmoloqlar nəsli yetişdirilmişdir. Dünyada ilk dəfə görmə orqanının peşə patalogiyasını araşdıran elmi tədqiqat laboratoriyası yaradılıb.

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmologiyalar Cəmiyyəti Riyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin “Vestnik oftalmologiya” (Moskva jurnalı redaksiya heyətinin üzvü olmuşdur. Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

Yüksək elmi nailiyyətinə görə 1980-ci ildə Azərbaycan Əməkdar Elm Xadimi, 1981-ci ildə isə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafata layiq görülmüş ilk qadındır.

Zərifə xanım böyüdüyü ailəyə xas olan xüsusiyyətləri özündə cəmləşdirmişdir. O, öz övladlarına xüsusi münasibəti olan qeyri-adi bir Ana idi. O, ailəsinə bağlı, ailəsi və uşaqları ilə nəfəs alan analardan biri idi – əsil ANA idi.

Zərifə xanım Əliyevanın şah əsəri xalqımıza “Zəfər sevinci” yaşadan hörmətli Prezidentimiz İlham Əliyevdir. Xalqımız Heydər Əliyevin qurduğu Azərbaycan dövlətini, işıqlı arzularını, ideyalarını onun ən layiqli və ən etibarlı davamçısı olan İlham Əliyevlə böyük gələcəyə doğru aparacaq. Heydər Əliyevin nurlu dühası yolumuzu daima işıqlandırır.

Ümummilli lider Heydər Əliyevin həyat yoldaşı, Prezident İlham Əliyevin anası olan Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.

Sultanəli Qurbanov

YAP Səbail “Ü. Hacıbəyli-68” ƏPT-nın sədri, ADPU-nun dosenti

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Aprel 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri