Bakıda 50 milyon manata park salınır
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Bakının Nəsimi rayonunda yeni parkın salınması ilə bağlı hazırlıqlara başlanılıb.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.
Məlumata görə, yeni park 28 May küçəsindən “The Ritz-Carlton Baku” hotelinə qədər olan 12 ha ərazidə salınacaq.
Parkın salınmasına 49 milyon 440 min manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.
Xatırladaq ki, hələ ötən il BŞİH-in “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti parkın salınması ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması işlərini “Az.Arxitektura” şirkətinə həvalə edib və onunla 2,4 milyon manatlıq müqavilə bağlayıb.
Bu mövzuda digər xəbərlər:Bakıda park salınır 37 milyon XƏRCLƏNƏCƏK
17 Yanvar 2025 09:46
Bakıda yeni park salınır
11 Yanvar 2025 10:16
Bakıda 37 milyona park salınır
17 Yanvar 2025 10:41
Bakıda yeni park salınır 38 milyon manatlıq LAYİHƏ
13 Dekabr 2024 09:11
Bakıda keçmiş “Şuşa” restoranının yerində park salınır
17 Mart 2025 16:15
Baxış sayı:78
Bu xəbər 15 May 2026 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















