Icma.az
close
up
RU
Bakıda 6 7 yaşlı uşaqlar maşınla 2 qadını vurdu Biri öldü

Bakıda 6 7 yaşlı uşaqlar maşınla 2 qadını vurdu Biri öldü

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Baş DYP İdarəsi dünən Bakıda qadının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı müraciət yayıb.

Bakupost.az xəbər verir ki, hadisəyə parklanma zamanı sürücü səhlənkarlığının səbəb olduğu bildirilib.

Qeyd edilib ki, atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşlı nəqliyyat vasitəsini hərəkətə gətirib:

“Xətai rayon sakini İlham Qasımov “VAZ” markalı avtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapıları açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb. Bu vaxt onun 7 və 6 yaşlı övladları avtomobilə əyləşərək sürətlər qutusuna müdaxilə ediblər.

Nəticədə avtomobil hərəkətə gəlib. Uşaqlar nəqliyyat vasitəsindən düşməyə imkan tapsalar da, eniş istiqamətində sürət yığan avtomobil yolda olan iki qadını vurub. Hadisə zamanı piyadalardan biri xəsarət alıb, digəri isə həyatını itirib”.

DYP-nin müraciətində sürücülərin diqqətli olmasının vacibliyi vurğulanıb:

“Bu hadisə göstərir ki, nəqliyyat vasitəsinin saxlanılması zamanı təhlükəsizlik tələblərinə əməl olunmaması ağır nəticələrə səbəb olur. “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğun olaraq, enişli yolda saxlanılan avtomobilin duracaq tormoz sistemi qoşulmalı, təkərlər təhlükəsiz istiqamətə çevrilməli, nəqliyyat vasitəsi isə qapıları kilidli vəziyyətdə tərk edilməlidir.

Əgər həmin avtomobildə bu sadə, lakin həyati əhəmiyyət daşıyan təhlükəsizlik tədbirləri görülmüş olsaydı, bu gün iki ailə ağır faciə ilə üz-üzə qalmazdı. Bu baxımdan, sürücülərdən məsuliyyətli davranmaları və qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tələb olunur”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 Aprel 2026 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri