Bakıda atasını öldürən oğulu babası və nənəsi bağışladılar
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin barəsindəki cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda zərərçəkənin hüquqi varisi və atası Ümid Vəlizadə şahid kimi ifadə verib:
"Ölən oğlumdur, öldürən də nəvəm. Söz deməyə çətinlik çəkirəm. Onu bilirəm ki, bu uşaq günahsız yerə burdadır. Hadisə tam təsadüf nəticəsində baş verib. Oğlumun ailəsində bəzən ailədaxili münaqişələr olurdu, ancaq məsələnin haçansa bu yerə çatacağını heç kəs bilmirdi. Mənim nəvəmə qarşı hər hansı bir iddiam yoxdur və ondan şikayətçi də deyiləm".
Daha sonra şahid qisminə zərərçəkənin anası Firənaz Vəlizadə ifadə vermək üçün kürsüyə dəvət olunsa da kövrəldiyindən danışa bilməyib. O, sadəcə nəvəsindən şikayətçi olmadığı barədə məhkəməyə ərizə təqdim edib.
Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrında Sabunçu rayonunun Ramana qəsəbəsi, "Gülçülük Sovxozu" ərazisində baş verib. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü İftixar Vəlizadənin yaşadığı mənzildə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.
İlkin araşdırmalarla İ.Vəlizadənin 2006-cı il təvəllüdlü oğlu Ayxan Vəlizadə tərəfindən kəsici alətlə xəsarət yetirilərək öldürülməsinə əsaslı şübhələr müəyyən olunub, o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
A.Vəlizadə barəsində CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Baxış sayı:168
Bu xəbər 03 İyun 2026 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















