Icma.az
close
up
RU
Bakıda avtobusların sayı artıb: Nəqliyyat problemi niyə həllini tapmır?

Bakıda avtobusların sayı artıb: Nəqliyyat problemi niyə həllini tapmır?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər paytaxtın müxtəlif ərazilərində avtobus dayanacaqlarında sıxlıq, sərnişinlərin uzun müddət avtobus gözləməsi və avtobusların dayanacaqlara dolu gəlməsi ilə bağlı narazılıqlar artır.

Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar bəzi marşrutlar üzrə avtobusların gec gəldiyini, gəldikdə isə sərnişinlərlə həddindən artıq dolu olduğunu bildirirlər.

Xüsusilə səhər və axşam saatlarında dayanacaqlarda sərnişin sıxlığının artması ictimai nəqliyyatın mövcud imkanlarının tələbatı nə dərəcədə qarşıladığı sualını gündəmə gətirir.

Bu vəziyyətdə isə AYNA-nın açıqladığı rəqəmlər diqqət çəkir.

Agentliyin məlumatına görə, paytaxtda marşrut xətlərinə cəlb edilən avtobusların sayı son illərin ən yüksək göstəricisinə çatdırılıb və hazırda Bakı marşrutlarında eyni vaxtda 2 530 avtobus istismar olunur. Ötən illə müqayisədə bu, 200-ə yaxın avtobus artım deməkdir.

Bildirilib ki, bu, son illərin ən yüksək göstəricisidir. Belə ki, 2022-ci ilin sentyabrında Bakı şəhərində sərnişindaşıma üçün 1 780 avtobus istismar olunub.
Bu rəqəm 2023-cü ildə 2011-ə, 2024-cü ildə 2180-ə, 2025-ci ildə isə 2340-ə yüksəlib.

Buna baxmayaraq, avtobusların sayının artırılması ilə bağlı açıqlanan rəqəmlərə rəğmən, sərnişin sıxlığının və uzun gözləmə hallarının tam aradan qalxmadığı müşahidə edilir.

Bu isə paytaxtda avtobus sayının artmasının nəqliyyatda mövcud problemlərin həllinə nə dərəcədə təsir etdiyini gündəmə gətirir.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, avtobusların sayının artırılmasına baxmayaraq, şəhərdə nəqliyyat sıxlığı tam aradan qalxmayıb:

“Bəzən avtobuslar saatlarla tıxacda qalır bu da vətəndaşların saatlar dayancaqda gözləməsinə səbəb olur. 2022-ci ildən bu yana avtobusların sayında 42 faiz artım var.

Lakin metronun təmirə bağlanması ilə əlaqədar “28 May” və “Nizami” stansiyaları arasında yaranan vəziyyət nəqliyyat sisteminin üzərinə əlavə yük salır.
Bu proses həm fərdi nəqliyyat vasitələrinin, həm taksilərin, həm də avtobusların hərəkətinə təsir göstərir və nəticədə ümumi sıxlıq artır. Yəqin ki, metro açılana qədər, təxminən 10 ay ərzində bu əziyyəti çəkəcəyik.

Mümkün qədər yaxın məsafələrə piyada getmək, mikromobillikdən istifadə etmək lazımdır. Hələlik çıxış yolunu bunda görürük, başqa nə etmək olar ki?”

Ekspert qeyd edib ki, digər tərəfdən, ölkəmizə ildə 100 mindən çox nəqliyyat vasitəsi gəlir və onların da böyük hissəsi Bakıya daxil olur:

“İl-ildən Bakıda məskunlaşmalar artır. Baxmayaraq ki, son 4-5 ildə Qarabağdan, işğaldan azad olunmuş bölgələrə 100 mindən çox insan köçürülüb və onların da çoxu Bakıya gedib, paytaxtın əhalisi azalmır, əksinə, artır. Bununla yanaşı, nəqliyyat vasitələrinin sayı da artır. Bütün bunlar isə paytaxtda nəqliyyat yükünün ildən-ilə artmasına və mövcud nəqliyyat infrastrukturunun üzərinə daha böyük yük düşməsinə səbəb olur”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: avtobuslar Yasin Mustafayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Sentyabr 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri