Bakıda avtomobillə qadını vuraraq öldürən şəxsə hökm oxundu
Pravd.az-dan alınan məlumata görə, Icma.az bildirir Bakıda avtomobillə qadını vuraraq öldürən şəxsə hökm oxundu.
Bakı Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Natiq Səlimov cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 17 iyul 2024-cü il tarixdə saat 11 radələrində paytaxtın Sabunçu rayonu, Bakıxanov küçəsində qeydə alınıb.
Belə ki, 1971-ci il təvəllüdlü Natiq Səlimov idarə etdiyi "Hyundai Santa Fe" markalı avtomobillə yolu keçmək istəyən 1951-ci il təvəllüdlü Qətibə Rzayevanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, iş üzrə Natiq Səlimov təsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.
Kamal Məmmədov
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)