Icma.az
close
up
RU
Müəllimlərə mane olan əlavə tapşırıqlar: Dərs deyək, yoxsa sənəd hazırlayaq?

Müəllimlərə mane olan əlavə tapşırıqlar: Dərs deyək, yoxsa sənəd hazırlayaq?

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda müəllimlərin dərsə ayırmalı olduqları vaxtdan daha çoxunu yazı-pozu işlərinə həsr etdikləri, üstəlik, böyük bir hissəsinin öz hüquq və vəzifələrini tam bilmədiyi iddia edilir.

Oxu.Az xəbər verir ki, sosial şəbəkədə açılan müvafiq müzakirələrdə qeyd olunub ki, məktəbdə müəllimlərdən yalnız dərs icmalı və dərs proqramı kimi sənədlər tələb edilə bilər, digər - məsələn, tədbirlərin, iclasların və açıq dərslərin sənədlərinin hazırlanması yalnız məktəb rəhbərliyi - direktor, dərs hissə müdiri, təşkilatçı müavinin səlahiyyətindədir.

"Müəllimlərdən əlavə sənədlərin tələb olunması qanunsuzdur. Məktəb rəhbərlərinin özlərinin etməli olduqları işləri müəllimlərin üzərinə atması isə hüquqaziddir. Müəllimlərin əmək müqaviləsində və hüquq sənədlərində belə əlavə vəzifələr nəzərdə tutulmayıb", - deyə istifadəçilərdən biri vurğulayıb.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi əvvəlki dövrlərlə müqayisədə bu gün müəllimlərin yazı-pozu işlərinə daha çox zaman ayırmalı olduqlarını təsdiqləyib.

O qeyd edib ki, bu tələblərin yerinə yetirilməsinə ayrılan zaman müəllimi həm fiziki, həm də mənəvi baxımdan yorur:

"Tədris prosesində bəzən təhsilalanlara ayrılan zamandan məhz bəzi əlavə tələblərin yerinə yetirilməsi üçün istifadə olunur. Bu isə təhsilalanların haqqını əllərindən almış olur.

Əvvəllər təhsilverənlər, yəni müəllimlər yalnız sinif jurnalına qeydlərini aparıb, qalan zamanı dərsə həsr edirdilərsə, indi əksər hallarda bəzi təhsil müəssisə rəhbərləri tərəfindən verilən tapşırığı və ya qoyulan öhdəliyi yerinə yetirməyə çalışırlar".

"Təhsil haqqında qanunvericiliyə əsasən, təhsilverənlərin öz hüquqları və öhdəlikləri var. Əlbəttə, həmin öhdəliklərdən savayı tələblərin olması yolverilməzdir.

Bu gün müəssisə rəhbərinin, müavinlərinin, uşaq birliyi rəhbərinin və s. aparacağı qeydləri təhsilverənlər aparmamalıdırlar. Təhsilverənlər yalnız görülən işlərlə bağlı hesabat üçün qeydlərini aparmalıdırlar.

Son dövrlər elektron jurnalların işlənməsi, summativ qiymətləndirmələrin təyini, aparılması, qiymətləndirilməsi və s. təhsilverənlərin üzərindədir. Bütün bunlarla paralel öz öhdəliklərindən kənar nələrinsə tələb olunmasına təhsilverənlər etirazlarını bildirə bilərlər.

Bu gün 160 000 nəfərdən çox təhsilverən 4 400-dən çox tam və ümumi orta təhsil müəssisəsində çalışır və onların da əksəriyyəti öz vəzifə və öhdəlikləri, funksiyaları barədə tam məlumata sahib deyil. Əlbəttə, bunları bilsələr, onlardan tələb olunanların doğru və ya yanlış olmaları barədə öz fikirlərini bildirər və özlərinə aid olmayan tapşırıqları yerinə yetirməzlər", - deyə E.Əfəndi qeyd edib.

E.Əfəndi onu da vurğulayıb ki, zamanında müəllimlərə qarşı olan təzyiqlər, bilərəkdən müəllim nüfuzunun aşağı salınması ilə bağlı aparılan təbliğat təhsil müəssislərində müəllimləri bir növ asılı vəziyyətə salıb.

"Müəllimlər bir çox məsələlərdə ehtiyatla davranmalı olduqları üçün bir çoxları fürsət bilib, bu məqamdan istifadə edir və öz öhdəliklərində olan məsələləri də müəllimlərin üzərinə dövr edirlər. Bu da əlbəttə ki, nə insani baxımdan, nə də peşə etikası baxımından doğru deyil. Hər kəs öz vəzifə funksiyaları və vəzifə öhdəlikləri çərçivəsində iş görməlidir. Müəllimlər də bu funksiya və öhdəlikləri yaxşı bilməli və onlardan tələb olunan kənar tapşırıqları icra etməməlidirlər", - ekspert əlavə edib.

Müəllim Rumiyyə Camalova isə Oxu.Az-a açıqlamasında müəllimlərin dərs keçməkdən daha çox, əlavə işlərə zaman ayırmalı olduqlarını bu cür izah edib:

"Müəllimlərin iş yükü, doğrudan da, çox ağırlaşıb. Hazırda müəllimlər həm kağız, həm də elektron jurnal işləyirlər. Elektron jurnal işləmək üçün orta məktəblərdə, demək olar ki, şərait yoxdur. Ona görə də müəllimlər kağız jurnalı məktəbdə yazdıqları halda, elektron jurnalı evdə yazmaq məcburiyyətində qalırlar.

Eyni zamanda, müəllim inkişaf göstəricisi hesab olunan sertifikatlarla bağlı daim təlimlərdə olmalıdır. Bu səbəbdən dərsdən sonra təlimlərə də qatılmalıdır.

Elektron jurnaldan başqa, gündəlik formativ qiymətləndirmə aparmalıdır. Bu bir tələbdir - həm qiymətləndirmə konsepsiyasında, həm də təhsil siyasətimizdə əsas məsələdir.

Gündəlik qiymətləndirmə prosesinin aparılması da müəllim üçün ikiqat problemdir. Çünki müəllim sinifdə olan bütün uşaqların hər biri haqqında məlumatı həmin o formativ qiymətləndirmə jurnalında yazmalıdır. İndi təsəvvür edin ki, bir sinifdə 25-30 şagird varsa, bu nə qədər zaman alır. Üstəlik, təsəvvür edin ki, bu, bir sinfə aid deyil. Tutaq ki, müəllim 9a, 9b, 9c siniflərinə dərs deyirsə və hər sinifdə 30 nəfər varsa, onların hamısının formativ qiymətləndirməsini aparmalıdır. Bu isə o deməkdir ki, müəllim həmin bu 90 nəfər haqqında formativ qiymətləndirmədə nəsə yazmalıdır. Müəllimlərin hər dəfə bu jurnalları doldurmaq məcburiyyəti əlavə yükün artırmasıdır".

O qeyd edib ki, bütün bunlarla yanaşı, müəllim həm də kiçik summativ qiymətləndirmə (KSQ) aparmalıdır. Bu zaman da bütün şagirdlərin data-analizləri, təhlilləri aparılmalı və təhlilin nəticəsi yenə də həm müəllimin gündəliyində, həm elektron şəkildə "Excel" proqramında, həm də qrafik diaqramlarda göstərilməlidir.

"Ən çox zaman itkisi tələb edən işlərdən biri də gündəlik cari planlama aparmaq tələbidir. Müəllim hər dərsə girməzdən əvvəl bu cari planlamanı yazmalıdır. Bu həm illik, həm də gündəlik planlamadır və ona direktor müavini imza atmalıdır. Bütün bu sadaladıqlarım arasında cari və perspektiv planlaşma mütləqdir, qalanları isə əlavə yükdür. Gündəlik görməli olduğumuz işlərin üstünə bəzən görməli olmadığımız işlər də gəlir, əlavə də nələrisə yazmalı oluruq. Bütün bu kimi proseslər isə olduqca yorucudur və əlbəttə ki, müəllimin məhsuldarlığını azaldır, dərsə fokuslanmasına mane olur", - deyə R.Camalova vurğulayıb.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 İyun 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri