Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Bakıda avtomobillərin “son dayanacağı”: Utilizasiya meydançasından REPORTAJ

Bakıda avtomobillərin “son dayanacağı”: Utilizasiya meydançasından REPORTAJ

Icma.az, Lent az saytına istinadən bildirir.

Metalın qırılma səsi, yağ qoxusu və sıraya düzülmüş onlarla köhnə avtomobil - utilizasiya meydançasında adi bir iş günüdür. Buraya gətirilən maşınların çoxu uzun müddət yollarda qalan, təhlükəsizlik tələblərinə cavab verməyən və ya qəza sonrası tamamilə yararsız hala düşən nəqliyyat vasitələridir. İlk baxışdan metal tullantısı kimi görünən bu maşınlar əslində ağır və texniki bir prosesin başlanğıcıdır.

Lent.az-ın əməkdaşının Bakıda fəaliyyət göstərən utilizatordan hazırladığı reportajı təqdim edirik:

Ərazidəki işçilər deyir ki, əvvəllər utilizasiyaya gələn avtomobillərin çoxu “Sovet” dövründə istehsal olunanlar idi. Səbəb texniki baxış qaydaları, ekoloji tələblər və ən əsası köhnə maşının saxlama xərcinin yeni maşına verilən güzəştlərdən baha başa gəlməsidir. Bir sözlə, “son dayanacaq”da vəziyyət qızğındır: avtomobillər gəldiyi qədər tez də sökülür, ayrı-ayrı materiallar presə göndərilir və sistem dərhal növbəti maşına keçir.

Ətrafımızda üst-üstə yığılmış avtomobillərin heç də, hamısı köhnə, “Sovet” dövründə istehsal olunanlardan deyil. Onların arasında yeniləri də var. Daha doğrusu, bir vaxtlar sahibi üçün yeni olanlar. Avtomobillərə kənardan nəzər salanda, əslində niyə burada olduqlarını az-çox anlamaq olur. İnsan köhnə sayılmayan, istismar müddəti bitməyən avtomobilini niyə aparıb, metal kimi satsın ki? Ətrafda gəzdikcə fikirləşirəm ki, bəlkə də bunların arasında sahibləri həyatda olmayan da, var.

Elə bu vaxt orada çalışan əməkdaşlardan biri deyir ki, buradakı ən köhnə avtomobil 1948-ci il istehsalıdır. Hər bir halda “tullantı” kimi görünən avtomobil yığını insanın beynində xoş şeyləri formalaşdıra bilmir. Yalnızca, ekoloji cəhətdən təmiz mühitin yaranması adamı sevindirir.

Avtomobillərlə tanış olduqdan sonra “Təmiz Şəhər” ASC-nin Nəqliyyat vasitələrinin utilizasiya şöbəsinin müdiri Mirzə Laçınov proses barədə məlumat verir.

“Nəqliyyat vasitələrinin utilizasiyaya qəbuluna 2024-cü ilin oktyabr ayından başlanılıb. Hazırda 3 utilizator, (Bakıda “Fors” MMC, Abşeron rayonunda “Fast track” MMC və Gəncədə “Semsan”MMC) fəaliyyət göstərir. Bakıda təxminən 12 mindən yuxarı, 2000-2200 civarı isə Abşeron və Gəncədə utilizasiyaya qəbul edilib.

Burada təkcə minik nəqliyyat vasitələri yox, kənd təsərrüfatı, eləcə də sənaye və tikintidə istifadə olunan texnikaların da utilizasiyaya gətirildiyini görə bilirik. Belə ki, 100-ə yaxın kənd təsərrüfatına aid texnikalar, 30-dan çox sənaye və tikintidə istifadə olunan texnikalar utilizasiyaya qəbul edilib. Bu say getdikcə artır.

Utilizasiya prosesi könüllü şəkildə aparılır. Nəqliyyat vasitəsini utilizasiyaya vermək istəyən şəxslər istənilən vaxt müraciət edə bilərlər. Bunun üçün ilk növbədə nəqliyyat vasitəsi dövlət qeydiyyatından çıxarılmalıdır. Daha sonra “nvu.gov.az” protalı vasitəsi ilə müvafiq utilizatorda növbə tutulmalıdır. Nəqliyyat vasitəsi növbəyə əsasən təyin olunan vaxta həmin utilizatora verilməlidir. Bundan sonra şəxsə utilizator tərəfindən təsdiqedici sənəd təqdim olunur. Bu sənəd avtomobil sahibinə 2 alternativ hüquq qazandırır: ya yerli istehsal nəqliyyat vasitəsini güzəştli şərtlərlə əldə edə bilər, ya da müvafiq həcmdə birdəfəlik həcmdə məbləğ əldə edə bilər. “Təmiz Şəhər” ASC-nin operatorluğu ilə həyata keçirilən prosesdə ötən ilin oktyabr ayından indiyə qədər 16100 nəqliyyat vasitəsi utilizasiyaya verilmişdir və bu rəqəm hər gün artmaqdadır” 

- İndiyə qədər utilizasiya prosesindən vətəndaşlara neçə yerli istehsal avtomobil və birdəfəlik pul verilib?

- Utilizasiya proqramının əsas məqsədlərindən biri yerli istehsalın stimullaşdırılması idi. Nəqliyyat vasitələrinin utilizasiyası proqramı çərçivəsinə 889 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib, 950 min manat birdəfəlik ödəniş isə ərizəçilərin bank hesabına ödənilib.

- Yerli istehsal avtomobillərin satışında hansı həcmdə güzəşt edilir? Həmçinin avtomobil almaq istəməyən şəxslərə hansı həcmdə birdəfəlik ödəniş verilib?

- Güzəşt məbləğləri və birdəfəlik ödənişin həcmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tənzimlənir. Məbləğlər müəyyən olunarkən təsnifatlar nəzərə alınır. Gündəlik istifadəmizdə olan, daha çox yollarda qarşılaşdığımız “N1” təsnifatlı nəqliyyat vasitələri üzrə güzəşt məbləği 1500 manat, 70% həcmində birdəfəlik ödəniş isə 1050 manat müəyyən olunub. Bununla yanaşı “M2, N2, M3 və N3” təsnifatlarında 2000 və 3000 manat məbləğində güzəşt məbləği nəzərdə tutulur. Bu kateqoriya üzrə birdəfəlik ödəniş isə 1400 və 2100 manat olaraq müəyyən olunub.

Eyni zamanda kənd təsərrüfatı texnikaları üzrə 2000 manat güzəşt, 1400 manata bərabər birdəfəlik ödəniş verilir. Tikinti və sənayedə istifadə olunan nəqliyyat vasitələri üzrə 3000 manatlıq güzəşt, 2100 manatlıq ödəniş nəzərdə tutulur.

“FORS” MMC-nin direktoru Sahib Əliyev qeyd etdi ki, əgər vətəndaşlar utilizasiya üçün onlayn müraciət etməyiblərsə, müəssisədə onlara köməklik göstərilir:

“Özləri onlayn müraciət etməyən, yaxud bacarmayan vətəndaşlara müəssisəmizdə yardımçı oluruq. Onların müraciətləri “Təmiz Şəhər” ASC-nin operatorları tərəfindən təsdiqlənir. Təsdiq cavabı gəldikdən sonra vətəndaşa “SMS” bildirişi göndərilir. Bundan sonra digər sənədləşmə işlərini aparırıq”.

- Ayda neçə avtomobil gətirilir utilizasiyaya?

- Aylıq 600-ə yaxın. Utilizasiya prosesi müəssisəmizdə ekoloji tələblərə cavab verən, yüksək texnoloji vasitələrlə aparılır. Nəqliyyat vasitəsi müəssisəmizə daxil olduqdan ilk növbədə onun üzərindəki təhlükəli tullantılar xüsusi vasitələrlə ayrılır. Buraya akkumulyator, yanacaq və sürtgü materialları aiddir. Bundan sonra nəqliyyat vasitəsini metal hissələrə ayırmaq üçün xüsusi şreyderə atılır. Həmin texnika onu əlvan və qara metal olmaqla, hissələrə ayırır.

­- Metalın 1 tonu neçiyədir bəs?

- 1 ton metal hazırda 420 manatdır.

Sahib bəylə danışdığımız yerdə başqa bir avtomobil utilizasiya meydançasına daxil olur.

Müsahibimiz bildirir ki, fəaliyyətə başladıqları ilk vaxtlarda buraya ən çox köhnə avtomobillər gətirilirmiş:

“Layihəyə başladığımız ilk dövrlərdə daha çox köhnə nəqliyyat vasitələri gətirilirdi. Lakin son dövrlər həmin nəqliyyat vasitələri azaldığından bizə daxil olanlarda da say azlığı müşahidə olunur. Amma bununla yanaşı, utilizasiyaya təqdim olunan nəqliyyat vasitələrinin əsası “SSRİ” dövründə istehsal olunmuşlardır. 1 ildir istehsal olunmuş avtomobillər də var. Bunlar əsasən qəzaya düşmüş, yanmış vəziyyətdə gətirilir”, -deyə, o, fikrini yekunlaşdırır.

Buradakı avtomobillərdən biri utilizasiya prosesinin son mərhələsindən, metala çevirilmə hissəsinə keçir.

İlk növbədə avtomobili xüsusi əzici kran yuxarı dartır. Daha sonra dəfələrlə əzərək, həcmini kiçildir.

Əzik-əzik olmuş avtomobil sonuncu dəfə havaya qalxaraq, doğrayıcı maşına (şreyderə) atılır. Məhz proses də bundan sonra başlayır.

Həmin texnika onu əlvan və qara metal hissələrinə ayırır. Dəmirdən o qədər toz çıxır ki, göz-gözü görmür.

Avtomobilin bəzi hissələri çox xırda toz halına, qalanı ovuca sığacaq qədər böyüklükdə olmaqla kisələrə boşaldılır.

İnanmaq olmur ki, bu vahiməli texnika neçə tonluq avtomobili cəmi 3-4 dəqiqədə məhv etdi, toza çevirdi.

Buradakı aparatdan çıxan metalların isə bəziləri kisəyə yox, yerə, ətrafa dağılır. Onlar o qədər istidir ki, toxunanda barmaqları yandırır.

Bəlkə də, kiminsə həvəslə aldığı, ilk istifadə etdiyi avtomobili, uzun müddət ona yol yoldaşı olan bu minik vasitə artıq əlimdəki kiçicik qaynar dəmir parçasıdır. Amma sevindirici hal odur ki, o dəmirlər təbiətə yox, metaləritmə zavodlarına gedir, yenidən istehsal olunur.

Foto - Rüfət Mustafayev ©️ APA GROUP

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:373
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Noyabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see611

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see288

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see277

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see267

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see258

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see252

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see233

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see229

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see228

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see219

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see218

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see205

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see202

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see201

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see197

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see193

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see192

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see192

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see185

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri