Icma.az
close
up
RU
Bakıda Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10 cu iclası keçirilib AZƏRTAC

Bakıda Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10 cu iclası keçirilib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 17 yanvar, AZƏRTAC

Yanvarın 17-də Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sədrliyi ilə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirilib.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, hökumət başçıları əvvəlcə təkbətək görüşdə ikitərəfli gündəliyin aktual məsələlərini nəzərdən keçiriblər.

Sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə birgə hökumətlərarası komissiyanın iclası keçirilib.

Ə.Əsədov Gürcüstanın Baş naziri vəzifəsinə yenidən təsdiq olunması və yeni hökumətin formalaşması münasibətilə İ.Kobaxidzeni təbrik edbi.

Baş nazir Gürcüstanla əlaqələrin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasət prioritetlərindən biri olduğunu bildirib.

Vurğulanıb ki, ötən dövr ərzində Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəlib.

İki ölkə arasında fəal siyasi dialoq təqdir edilib, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub. Ərazi bütövlüyü məsələsində qarşılıqlı dəstək xüsusi vurğulanıb.

Bildirilib ki, Azərbaycan və Gürcüstan ticarət-iqtisadi əməkdaşlığa ənənəvi olaraq böyük əhəmiyyət verirlər.

Gürcüstanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu qeyd edilib.

İnvestisiya sahəsində əməkdaşlığın yaxşı dinamika nümayiş etdirdiyi bildirilərək Azərbaycanın Gürcüstana ən çox sərmayə yatıran ölkə olduğu diqqətə çatdırılıb.

Qarşılıqlı investisiyaların həcminin artırılması ilə bağlı gündəlikdə duran məsələlər nəzərdən keçirilib.

Neft-qaz sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. SOCAR tərəfindən Gürcüstanda həyata keçirilən layihələr barədə söhbət açılıb, gündəlikdə duran yeni perspektivli layihələrə toxunulub.

Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi meqalayihələr uğurlu regional əməkdaşlıq nümunəsi kimi dəyərləndirilib.

Bu layihələrin Cənubi Qafqazın transformasiyasına xidmət etdiyi, bölgənin enerji və nəqliyyat xəritəsini dəyişdiyi diqqətə çatdırılıb.

Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında iki ölkənin önəmli rolu qeyd olunub.

Eyni zamanda, Azərbaycan və Gürcüstanın iştirakı ilə Avropaya yaşıl enerji körpüsünün salınmağa başlanılmasından məmnunluq ifadə edilib.

Nəqliyyat-tranzit sahəsi ikitərəfli əməkdaşlığın ən vacib istiqamətlərindən biri kimi dəyərləndirilib. Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işə salınması üçün birgə səylərin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Azərbaycanın əlavə sərmayəsi və Gürcüstan tərəfinin səyləri nəticəsində bu yolun yükaşırma qabiliyyəti 1 milyon tondan 5 milyon tonadək artırılıb.

Orta Dəhlizin mühüm halqası olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal işin aparıldığı bildirilib.

Kənd təsərrüfatının müxtəlif istiqamətlərində, o cümlədən kənd təsərrüfatı və emalı məhsulları üzrə qarşılıqlı ticarət, bitki mühafizəsi, baytarlıq və digər sahələrdə uğurlu əməkdaşlıqdan və təcrübə mübadiləsindən məmnunluq ifadə olunub.

Mədəni-humanitar sahədə əməkdaşlığın uğurlu nəticələri təqdir edilib. 2023-cü ildə Gürcüstanda baş nazirlərin iştirakı ilə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasiminin keçirilməsinin əhəmiyyətinə toxunulub.

Mədəni-humanitar mübadilənin və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində qarşılıqlı maraq ifadə olunub.

İclasda Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətləri üzrə inkişaf perspektivləri geniş müzakirə olunub, nümayəndə heyətlərinin üzvləri gündəlikdə duran məsələlərə dair çıxış ediblər.

İclasın yekununda Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidze Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclasının Protokolunu imzalayıblar.

Həmçinin Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlikləri arasında konsulluq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi arasında Niyyət Protokolu imzalanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Yanvar 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri