Icma.az
close
up
RU
Bakıda Azərbaycan Türkiyə birliyinə həsr olunan görüş keçirilib

Bakıda Azərbaycan Türkiyə birliyinə həsr olunan görüş keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 3 fevral, AZƏRTAC

Fevralın 3-də Azərbaycan–Türkiyə qardaşlığına, birliyinə və ortaq dəyərlərinə həsr olunmuş görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, “Beynəlxalq Demokratlar Birliyi (UID) Azərbaycan” tərəfindən təşkil edilən tədbirə Azərbaycan və Türkiyədən rəsmi şəxslər, şəhid ailələrinin üzvləri, ictimai təşkilat rəhbərləri və müxtəlif sahələrdən olan qonaqlar qatılıblar.

Tədbirdə çıxış edən “UID Azərbaycan” nümayəndəliyinin rəhbəri Cengiz Aygör qurumun fəaliyyətindən danışaraq, təşkilatın beynəlxalq miqyasda fəal rol oynadığını qeyd edib. O vurğulayıb ki, qurum Azərbaycan–Türkiyə münasibətlərinin möhkəmləndirilməsi, qardaşlıq əlaqələrinin dərinləşdirilməsi və ortaq dəyərlərin təşviqi üçün davamlı layihələr həyata keçirir.

15 İyul Dərnəyinin sədri İsmayıl Hakkı Turunç çıxışında insan haqlarının əhəmiyyətinə toxunaraq, 15 iyul hadisələrinin xalqın vətənə və dövlətə bağlılığının bariz nümunəsi olduğunu qeyd edib.

Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer çıxışında UID-in fəaliyyətlərini yüksək qiymətləndirərək, qurumun Türk dünyasında birlik və həmrəyliyin möhkəmləndirilməsinə verdiyi töhfələrdən danışıb.

O qeyd edib ki, Şimali Kipr və Azərbaycan arasındakı dostluq və əməkdaşlıq münasibətləri ölkələr üçün strateji əhəmiyyət kəsb edir. Bu əlaqələrin davamlı inkişafı iki qardaş ölkə arasında qarşılıqlı dəstəyi və birliyi daha da möhkəmləndirir.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün isə ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin prezidentlərin səyləri nəticəsində daha da gücləndiyini bildirib və iki ölkənin hər zaman bir-birinin yanında olduğunu vurğulayıb.

Tədbir tanışlıq, fikir mübadiləsi və gələcək əməkdaşlıqlar üçün "networking" mərhələsi ilə başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri