“Beşiktaş” azarkeşləri ilə bağlı Türkiyə XİN hərəkətə keçdi
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
“Beşiktaş”ın UEFA Avropa Liqası çərçivəsində keçirilən matçını izləmək üçün Gürcüstanın Batumi şəhərinə gedən Türkiyə vətəndaşlarının vəziyyəti yaxından izlənilir.
Gununesi.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) mənbələri məlumat yayıb.
Qeyd olunub ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan gürcüstanlı həmkarı Maka Boçorişvili ilə telefon danışığı aparıb.
Türkiyənin Tbilisidəki səfirliyinin və Batumidəki baş konsulluğunun əməkdaşlarının stadionda olduqları bildirilib.
Türkiyə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və hüquqlarının qorunması üçün bütün zəruri addımların atıldığı vurğulanıb.
Xatırladaq ki, UEFA Avropa Liqasının V turu çərçivəsində keçirilən “Beşiktaş” – “Hapoel Beer Şeva” matçında azarkeşlər arasında qarşıdurma baş verib. Polis “Beşiktaş” azarkeşlərinə bibər qazı ilə müdaxilə edib. Hadisədən sonra futbolçular təhlükəsizlik məqsədilə meydançanı tərk ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 26 Noyabr 2026 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















