Icma.az
close
up
RU
Bakıda beynəlxalq konfrans: Sen Martin adasının müstəqillik mübarizəsinə dəstək YENİLƏNİB AZƏRTAC

Bakıda beynəlxalq konfrans: Sen Martin adasının müstəqillik mübarizəsinə dəstək YENİLƏNİB AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 6 dekabr, AZƏRTAC

Dekabrın 6-da Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkəçiliyi altındakı Sen Martin adasına həsr edilmiş beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, “Sen Martində Fransa və Niderland müstəmləkəçiliyi - bir ada, bir xalq, bir tale” adlı konfransda müstəmləkəçiliyə qarşı mübarizə aparan və azad olmağa çalışan Sen Martin xalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların, qeyri-hökumət təşkilatlarının rəhbərləri, parlamentin üzvləri, hüquq müdafiəçiləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak ediblər.

Konfransın açılışında çıxış edən Sen Martin parlamentinin üzvü Franklin Meyers bildirib ki, istər Fransanın, istərsə də Niderlandın müstəmləkəçiliyindən qurtularaq müstəqil olmaq xalqlarımızın ən müstəsna hüququdur. O, məhz bu hüququn dünya miqyasında tanınması üçün Bakıda olduqlarını qeyd edib. “Hesab edirik ki, analoji konfransların təşkili əsas ideyamız olan müstəqilliyə doğru irəliləmək yolunda son dərəcə mühüm addımdır”, - deyən Sen Martin parlamentinin üzvü bu istiqamətdə göstərdiyi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkür edib.

Çıxış edən Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib ki, Sen Martin adasının xalqı Fransa və Niderland arasında bağlanmış müqavilənin nəticələrindən hələ də əziyyət çəkir. Bu insanlar qeyri-insani ədalətsizliyə məruz qalıblar ki, bu da insanlıq adına bir utancdır. “Sen Martinin xalqı birdir, baxmayaraq ki, müstəmləkəçilik onları iki yerə bölüb. Amma onlar oxşar talelərlə üzləşirlər. Hər iki hissədəki yerli xalqın ortaq problemlərin öhdəsindən gəlmək qabiliyyəti qəsdən zəiflədilib. Kolonial hakimiyyətlər Sen Martinin resurslarını guya adanın inkişafına kömək məqsədilə öz xeyirlərinə istifadə edirlər. Lakin aydın görünür ki, dərin iqtisadi monopolizm və tənəzzül Sen Martin xalqına zərər verməyə davam edir”, - deyə deputat vurğulayıb.

Sonra “One Saint Martin” Assosiasiyasının prezidenti xanım Rhoda Arrindell “Sen Martində ikili müstəmləkəçilik irsi” mövzusunda təqdimatla çıxış edib. O, irsin sosial, mədəni və iqtisadi təsirlərinə toxunub. Həmçinin müstəmləkəçiliyin nəticələrinin aradan qaldırılmasının vacibliyini vurğulayaraq, Sen Martin xalqının birliyinə və müstəqilliyinə çağırış edib.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov təşkilatın fəaliyyəti ilə bağlı geniş təqdimat edib. O, Qrupun əsas missiyası və məqsədləri barədə danışaraq, həyata keçirilmiş layihələri və əldə edilən uğurları konfrans iştirakçılarının diqqətinə çatdırıb: “İndiyədək Bakı Təşəbbüs Qrupu kolonializmə aid 22 tədbir keçirib, 3 memorandum imzalanıb. Həmçinin müxtəlif beynəlxalq platformalarda çıxış edib”.

Abbas Abbasov, həmçinin Bakı Təşəbbüs Qrupunun beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini genişləndirmək istiqamətində gördüyü işləri də diqqətə çatdırıb.

Sonra Sen Martinə həsr olunmuş “Bir adanın səsi” adlı debat təşkil edilib. Sen Martinin təhsil nazirinin keçmiş müşaviri Fabian Badejonun moderatorluğu ilə keçən debatda Sen Martinin təhsil, səhiyyə və sosial inkişaf sahələrindəki vəziyyətə toxunulub, həmçinin iqtisadi müstəqilliyin və vahid bir cəmiyyətin qurulmasının önəmi vurğulanıb.

Digər çıxış edənlər - “One Saint Martin” Assosiasiyasının prezidenti xanım Rhoda Arrindell, Sen Martin parlamentinin üzvü Franklin Meyers, “Nation Opportunity Wealth” (NOW) siyasi partiyasının lideri Kristofer Emanuel, Sen Martinin keçmiş səhiyyə, sosial inkişaf və əmək naziri xanım Pamela Carty, Sen Martinin müstəqilliyi uğrunda mübarizə aparan fəal xanım Cülyen Denis müstəmləkə şəraitində yaşamağın çətinliklərindən danışıblar. İştirakçılar adanın inkişafı üçün həm siyasi, həm də sosial dəstəyin artırılmasının vacibliyini qeyd ediblər.

Müzakirələrdə çətinliklərlə yanaşı, Sen Martinin müstəqil bir gələcəyə doğru irəliləməsi üçün güclü bir birlik və davamlı mübarizənin vacibliyi vurğulanıb, bu istiqamətdə yeni strateji yanaşmaların hazırlanmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Çıxışçılar Bakı Təşəbbüs Qrupuna müstəmləkəçiliyə qarşı mübarizədə göstərdikləri dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

Konfransda, həmçinin “One Saint Martin” Assosiasiyasının gənc üzvü xanım Yadiska Van Putten, Sen Martinin təhsil nazirinin keçmiş müşaviri Fabian Badejo, Qoşulmama Hərəkatının Gənclər Təşkilatının sədri Leyla Həsənova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov təqdimatla, Barbados adasının Karib Ölkələri Birliyindəki səfiri David Komissionq isə videomüraciətlə çıxış ediblər. Çıxışlarda Fransanın və Niderlandın əsarəti altında olan və iki hakimiyyətin mövcud olduğu Sen Martin xalqının müstəmləkəçilikdən azad olmaq uğrunda apardığı mübarizə, habelə problemin aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər, beynəlxalq hüquqi mexanizmlər müzakirə olunub.

Daha sonra beynəlxalq konfrans çərçivəsində “Sen Martində - Dünya standartlarına uyğun təhsili necə əldə etmək olar?” adlı kitabın təqdimatı keçirilib. Tədbirdə “One Saint Martin” Assosiasiyasının prezidenti xanım Rhoda Arrindell müəllifi olduğu nəşr haqqında geniş məlumat verib. Bildirib ki, kitab Sen Martində təhsilin mövcud vəziyyəti və inkişaf strategiyalarını əhatə edir. Nəşrdə dünya standartlarına uyğun təhsil sisteminin yaradılması üçün vacib addımlar qeyd olunub.

Rhoda Arrindell çıxışı zamanı həm Niderland, həm də ABŞ təhsil sistemində mövcud olan ciddi problemlərə də toxunub. Bu problemlər fonunda müəllif diqqəti bir sual üzərində cəmləşdirib: “Gələcəyin təhsili necə olmalıdır?” Müəllifin fikrincə, gələcək təhsil yalnız yaxşı qiymətlər almaq, məzun olmaq və iş tapmaq məqsədi daşımamalıdır. Təhsil sisteminin əsas məqsədi cəmiyyətin ümumi inkişafına töhfə vermək, hər bir fərdə potensialını reallaşdırmağa imkan yaratmaq və daha yaxşı gələcək naminə hər kəs üçün bərabər şərait qurmaq olmalıdır. Təhsil yalnız fərdi uğurlar üçün deyil, bütövlükdə cəmiyyətin inkişafı üçün təkmilləşdirilməlidir.

Çıxışlardan sonra Bakı Təşəbbüs Qrupu ilə Vahid Sen Martin Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov və “One Saint Martin” Assosiasiyasının prezidenti Rhoda Arrindell imzalayıblar.

Sonda konfransın yekunlarına dair mətbuat konfransı keçirilib.

Konfransda Sen Martindəki “Pro Soualiga” Fondunun katibi Renate Brayson, Sen Martindən olan hüquqşünas xanım Averdin Antuanet Stefan, Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov, "One Saint Martin” Assosiasiyasının prezidenti xanım Rhoda Arrindell, Sen Martinin keçmiş səhiyyə, sosial inkişaf və əmək naziri xanım Pamela Carty, “Nation Opportunity Wealth” (NOW) partiyasının lideri, Sen Martinin keçmiş parlament üzvü Kristofer Teodor Emmanuel media nümayəndələrinin suallarını cavablayıblar.

Bakı Təşəbbüs Qrupu ilə Vahid Sen Martin (“One Saint Martin”) Assosiasiyası arasında imzalanan Anlaşma Memorandumu barədə məlumat verən çıxışçılar diqqətə çatdırıblar ki, bu, gələcəkdə əməkdaşlıq görüşlərinin davam etdirilməsi, Bakı nümayəndələrinin Sen Martini ziyarət edərək vəziyyəti öz gözləri ilə görmələri, rəsmi şəxslərlə və Assosiasiya üzvləri ilə təmasları üçün vacibdir. Qeyd edilib ki, bu Memorandum gələcəkdə faydalı təsirləri olacaq ikitərəfli sazişlər üçün bir başlanğıcdır.

Çıxış edənlər Bakı Təşəbbüs Qrupu kimi müttəfiqlərin dəstəyi sayəsində lazım olan auditoriya, xüsusilə BMT və onun müxtəlif qrup və təşkilatları ilə görüşlər keçirmək imkanı əldə edəcəklərinə ümidvarlıqlarını bildiriblər. Vurğulanıb ki, bu konfrans Sen Martin adasının qeyri-özünüidarəetmə ərazisi kimi yenidən siyahıya alınmaq və tanınmaq istiqamətində fəaliyyəti daha irəli aparacaq, sonra isə müstəqilliyə doğru irəliləməyə şərait yaradacaq.

Qeyd edək ki, Sen Martin adası müstəmləkəçilik dövründə və ondan sonrakı müddətdə özünəməxsus xüsusiyyətləri ilə digər müstəmləkələrdən fərqlənir. Sen Martin adası həm Fransa, həm də Niderland tərəfindən müstəmləkə edilib və 1648-ci ildən bəri bu iki dövlət arasında bölünüb. Adanın Fransız hissəsi “Saint-Martin”, Niderland hissəsi isə “Sint Maarten” adlanır. Bu iki imperiya adanın idarəçilik, mədəniyyət və hüquq sistemlərini özlərindən asılı vəziyyətə salıb.

Adada müstəmləkəçilik irsi iqtisadi və siyasi sahələrdə davamlı olaraq təsirini göstərir. Fransa və Niderlandın güclü təsiri Sen Martin xalqının öz müqəddəratını təyin etmək cəhdlərinə maneə yaradır.

Onu da qeyd edək ki, bu tədbir Sen Martin xalqının öz gələcəyini müstəqil şəkildə müəyyən etməsi üçün beynəlxalq dəstəyin vacibliyinə dair çağırış platforması rolunu oynayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Dekabr 2024 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İki il sonra üstü açılan qətlin Təfərrüatı

03 İyun 2025 04:20see154

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see135

Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib

03 İyun 2025 03:55see123

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see123

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see120

Gəncədə qohumlar arasında dava Yaralılar var

03 İyun 2025 08:02see120

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see119

Yaponiyada isti havada əməkdaşlarına müdafiə təmin edə bilməyən şirkətlər cərimələnəcək

03 İyun 2025 03:07see119

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

03 İyun 2025 12:20see116

Marmarisdəki 5.8 bal gücündə zəlzələnin görüntüləri İnsanlar küçələrə axın etdi

03 İyun 2025 10:17see115

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see115

Bakıda bu yollarda sıxlıq var SİYAHI

03 İyun 2025 08:26see114

Siyarto: Macarıstan Trampın sülh planını dəstəkləməyə davam edəcək

03 İyun 2025 03:36see114

Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar

03 İyun 2025 10:19see114

Pərviz Şahbazov: 2030 cu ilin sonunadək Azərbaycanda 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək

03 İyun 2025 10:00see113

McLaren 750S in xüsusi versiyası buraxılacaq

03 İyun 2025 02:13see112

Şaqqıldyan avtomatlar, Əlikramın "strateji məhsul"u və “Lənkəranın İsveçrəsi”...

03 İyun 2025 10:30see112

Stress zamanı insanlar emosional yeməyə meyilli olurlar DİETOLOQ AÇIQLADI

03 İyun 2025 10:41see112

3 yaşlı qızını öldürən qadın həbsxanada ÖLÜ TAPILDI

03 İyun 2025 05:00see112

Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur KULTROLOQ ŞƏRH ETDİ

03 İyun 2025 12:05see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri