Icma.az
close
up
RU
Bakıda bu avtobus marşrutları müsabiqəyə çıxarılır

Bakıda bu avtobus marşrutları müsabiqəyə çıxarılır

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 62, 133, 168, 170, 193, 194, 206, 217, 445 və 569 nömrəli avtobus marşrutlarını müsabiqəyə çıxarır.

AYNA-danGununsesi.info -ya verilən məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 25 dekabr 2024-cü il saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri komissiya tərəfindən 62 nömrəli (Sabunçu qəsəbəsi, Sabunçu dəmiryolu stansiyası – N.Tusi küçəsi), 194 nömrəli (Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış kompleksi – “20 Yanvar” metrostansiyası) və 217 nömrəli (Məmmədli kəndi – “Koroğlu” NMM) avtobus marşrutları üzrə 3 Lotda yanvarın 10-da;

168 nömrəli (Binə Atçılıq yaşayış massivi – “Koroğlu” NMM), 193 nömrəli (6-cı mikrorayon, M.Məhəmmədxan küçəsi – “Binə” ticarət mərkəzi), 206 nömrəli (Lökbatan qəsəbəsi, A.Şəbiyev küçəsi – “Elmlər Akademiyası” metrostansiyası və 569 nömrəli (Masazır qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus marşrutları üzrə 4 Lotda yanvarın 14-də;

133 nömrəli (Binəqədi qəsəbəsi, A.İsfəhani küçəsi – “Gənclik” metrostansiyası), 170 nömrəli (Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi – “Memar Əcəmi” metrostansiyası) və 445 nömrəli (Pirallahı qəsəbəsi – “Qala” NMM) avtobus marşrutları üzrə 3 Lotda yanvarın 17-də baxılacaq.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Noyabr 2024 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri