Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İran rejimi legitimliyini itirir ŞƏRH

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

BAKIDA BU ƏRAZİDƏKİ EVLƏR VƏ BAZAR SÖKÜLƏCƏK Rəsmi AÇIQLAMA AzPolitika onlayn siyasiictimai qəzet

BAKIDA BU ƏRAZİDƏKİ EVLƏR VƏ BAZAR SÖKÜLƏCƏK Rəsmi AÇIQLAMA AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhəri Nərimanov rayonunda "Keşlə bazarı” kimi tanınan bazar söküləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, bu, həmin ərazidə nəqliyyat sıxlığının azaldılmasında böyük rol oynayacaq yeni yolun çəkilişi ilə əlaqədardır.

Qeyd edilib ki, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi ilə əlaqədar layihənin icrasına start verilib. 

Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur. Sözügedən layihə çərçivəsində yol hərəkətinin təşkilinin texniki xarakteristikalarının qısa analizinin nəticələri nəzərə alınaraq, ərazidə nəqliyyat problemlərinin əsaslı həlli, əsas nəqliyyat yollarının birbaşa əlaqələndirilməsi, mühüm nəqliyyat funksiyasını yerinə yetirən yollar üzrə optimal birləşmənin təmin edilməsi və alternativ marşrutların yaradılması, habelə ərazidəki nəqliyyat yollarının məntiqi birləşməsinin təmin edilməsi, ərazinin küçə-yol şəbəkəsinin nəqliyyat planlaşdırma sxeminin tamamlanması məqsədilə layihənin icra edilməsi mütləq olaraq məqsədəuyğun hesab edilir.

Layihənin əsas üstünlükləri Həsən Əliyev küçəsinin davamı olaraq Yusif Vəzir Çəmənzəmənli küçəsinə düzxətli davam etməklə şərq hissədə Ələsgər Qayıbov və Xəlil Rza Ulutürk küçələrinə birləşdirilməsi nəticəsində Təbriz küçəsi ilə Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişmələrində və "Nərimanov" metro stansiyası ətrafında müşahidə olunan nəqliyyat sıxlığı azalmış olacaq, habelə "Gənclik" və "Nərimanov" metro stansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" metro stansiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin fasiləsiz yerdəyişmələrinin təmin edilməsinə şərait yaradılmış olacaq. 

Eyni zamanda, qeyd edilən yeni yol birləşməsinin yaradılması nəticəsində "Gənclik" və "Nərimanov" metro stansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" metro stansiyası istiqamətində və yaxud əks istiqamətlər üzrə Heydər Əliyev prospekti vasitəsilə yerinə yetirilən nəqliyyat yerdəyişmələrinin azalması və Heydər Əliyev prospektinə alternativ hərəkət marşrutunun yaradılması hesabına Heydər Əliyev prospektinin yan yolu üzrə müşahidə olunan tıxac hallarının minimumlaşdırılması təmin ediləcək.

Həmçinin, qeyd edilən birləşmənin yaradılması nəticəsində şəhərin şərq və mərkəzi qərb periferiyaları arasında Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel və həmin prospektlərin mərkəzi aralığında yerləşən yeni yaşayış massivlərinə alternativ birbaşa nəqliyyat bağlantısının yaradılması təmin ediləcək.

O da bildirilib ki, şəhər əhəmiyyətli magistral küçə olacaq yolun ümumi uzunluğu 3896 metr, enləri 3,5 metr olmaqla 6 zolaqlı olacaq. Yolda 4 ədəd tunel tikintisi, 3 ədəd yeraltı piyada keçidi nəzərdə tutulub.

Qeyd edək ki, "Keşlə bazarı”nda çalışanlar onlardan yanvarın 1-dək, qısa müddətdə bazarın boşaldılmasının tələb edildiyini bildirir, alternativ yerlərin təklif olunmamasından şikayətlənir, obyektlərdəki malların satışı üçün bir neçə ay vaxta ehtiyacları olduğunu bildirirlər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə bazar rəhbərliyinə hərə aprel ayından bu barədə xəbərdarlıq edildiyini nəzərə çatdırıb: "Tərəfimizdən tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanıb, tikinti altına düşən maneələrin qiymətləndirilməsi işləri yerinə yetirilib. Bu barədə həm yaşayış, həm də qeyri-yaşayış obyektlərinin sahiblərinə məlumatlar da verilib. O cümlədən Keşlə baxarının sahibinə də aprel ayından etibarən bir neçə dəfə məlumatlar verilib, xəbərdarlıq olunub ki, bazarın söküntüsü işləri həyata keçirilməklə yeni yolun inşası işləri aparılmalıdır və bu üzdən də bazar boşaldılmalıdır. Qısa müddətdə bu işləri həyata keçirilməsi ilə bağlı sonuncu xəbərdarlıq da edilib”.

Bazarın rəsmisi Emin Cabbarov açıqlamasında deyib ki, "Keşlə bazarı”nın yol tikintisinə görə sökülməsi ilə bağlı hələ may ayından icarədarlara, satıcılara xəbərdarlıq ediblər: "Biz bazarda hamını məlumatlandırmışdıq. Sadəcə olaraq, vaxt indi yetişib. Bizdə olan məlumata görə, yanvar ayının əvvəllərində bazarın söküntüsünə başlanacaq. "Keşlə bazarı” tam söküləcək”.

O, bazar rəhbərliyi tərəfindən icarədarlara, satıcılara güzəşt olaraq son ayı yığım etməyəcəklərini açıqlayıb: "Satıcılara alternativ yerlər isə təklif etməmişik. Çünki gərək bizim özümüzdə də alternativ yer olsun ki, onlara da təklif edək”.

Qeyd edək ki, Nərimanov İcra Hakimiyyətindən bildirilib ki, yolun çəkilişi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir, söküntü, köçürülmə və digər məsələlərlə də məhz Agentlik məşğul olur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Dekabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see306

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see223

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see191

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see188

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see174

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see174

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see167

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see164

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see157

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri