Icma.az
close
up
RU
Bakıda bu universitetin yeni korpusu TİKİLİR

Bakıda bu universitetin yeni korpusu TİKİLİR

Azərbaycan Memarlıq və İnşaat Universiteti üçün yeni korpus binası tikiləcək.

Modern.az-ın məlumatına görə, bina Bakı şəhəri, Yasamal rayonu, A.Sultanova küçəsi, 11 ünvanında yerləşəcək.

Məlumata görə, Universitet tərəfindən inşası nəzərdə tutulmuş tədris korpusu binası və qazanxana binasının tikinti layihəsi artıq təqdim edilib və tezliklə binanın tikintisi barədə rəy veriləcək.

Qeyd edək ki, hazırda Universitet kampusu 5.56 ha sahəni əhatə edir və müasir infrastruktura malik 4 tədris binası, elmi-tədqiqat və tədris laboratoriyaları, elektron və əyani kitabxana, yeməkxanalar, muzey-sərgi salonları, idman kompleksini özündə cəmləşdirir.

seeBaxış sayı:18
embedMənbə:https://modern.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri