Bakıda dəhşətli anlar: Maşın yandı, 3 nəfər...
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Paytaxtın Yasamal rayonunda piyada keçidində dayanan avtomobilə arxadan başqa nəqliyyat vasitəsi çırpılıb, nəticədə avtomobildə yanğın baş verib.
Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Məlumata görə, hadisə ötən gün gecə saatlarında Əbdülvahab Salamzadə küçəsində yerləşən nizamlanmayan piyada keçidində baş verib. Piyadaya yol vermək üçün dayanan avtomobilə arxadan digər nəqliyyat vasitəsinin çırpılması nəticəsində avtomobildə yanğın başlayıb. Pepperoni pizza
Polis əməkdaşları yanğınsöndürənlərin hadisə yerinə təhlükəsiz çatması üçün dərhal zəruri tədbirlər görüblər.
Hadisə zamanı piyada ilə yanaşı, yanan avtomobildə olan sürücü və iki sərnişin son anda nəqliyyat vasitəsini tərk edərək xilas olublar.
NİİM sürücülərə xəbərdarlıq edib ki, piyada keçidlərinə yaxınlaşarkən sürəti azaltmalı, təhlükəsiz ara məsafəsi saxlamalı və piyadalara yol verməlidirlər. Mərkəz vurğulayıb ki, hadisənin görüntüləri hərəkət zamanı diqqətsizliyin və yol hərəkəti qaydalarının pozulmasının ağır nəticələrə səbəb ola biləcəyini bir daha göstərir.
Baxış sayı:82
Bu xəbər 17 Sentyabr 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















