Bakıda dələduzluq edən futbol məşqçisinə HÖKM OXUNDU
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda övladlarını Bədən Tərbiyəsi və İdman Akademiyasının qabiliyyət imtahanından keçirmək istəyən valideynlərə dələduzluq edilib.
Lent.az xəbər verir ki, Sabunçu rayonu Balaxanı qəsəbəsində futbol stadionunu icarəyə götürüb məşqçi kimi dərslər keçən 34 yaşlı İsmayıl Qulamov (soyad şərtidir) iki nəfər oğlanlarını adı çəkilən akademiyanın qabiliyyət imtahanından keçirəcəyinə söz verib. Bu məqsədlə onların birindən 4500, digərindən isə 4000 manat alıb.
Lakin verdiyi sözü yerinə yetirməyib və zərərçəkənləri aldadıb. Valideynlərin polisə müraciətindən sonra İsmayıl saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq təkrar törədildikdə) maddəsilə cinayət işi açılıb.
Sabunçu rayon Məhkəməsində keçirilən proses zamanı İsmayıl Qulamov barəsində 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Baxış sayı:71
Bu xəbər 01 Oktyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















