Icma.az
close
up
RU
Bakıda Petrosyanın 32 il öncəki çıxışı göstərildi: Qarabağda müharibə başlamasaydı...

Bakıda Petrosyanın 32 il öncəki çıxışı göstərildi: Qarabağda müharibə başlamasaydı...

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşündə etdiyi çıxışının videosu nümayiş olunub.

Globalinfo.az xəbər verir ki, kadrlarda Levon Ter-Petrosyan çıxışında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərinin işğalının niyyəti, həmçinin məqsədi və səbəbləri barədə danışır.

Vidomaterialda göstərilir ki, tarixi “qələbələr”i qeyd etdiklərinə görə məmnun olduğunu bildirən L.T.Petrosyan 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladıb: “Deyirlər ki, “Qarabağ” hərəkatını başlatmağın nə mənası var idi? Bu beş il ərzində nə qədər qan töküldü, nə qədər insan həlak oldu, amma heç bir nəticəyə gəlinmədi”, – deyə bəzi şəxslər irad bildirirlər. Hətta həmin dövrdə Ermənistan hakimiyyəti… İndi isə həmin əməliyyatlarda iştirak etməyən müxalifət nümayəndələri və digər partiyalar bizim fəaliyyətimizə kölgə salmağa çalışırlar.

Üstəlik, deyirlər ki, o vaxt erməni hərəkatı “miatsum, miatsum” deyib meydana çıxmağın nə mənası var idi? İndi də Qarabağın tanınmasından yayınırlar. Onların mövqeyi dəyişməyib. Deyirlər ki, əgər bu hərəkat 1988-ci ildə başlamasaydı da, onsuz da Sovet İttifaqı 1991-ci ildə dağılırdı və biz hər halda müstəqillik əldə edəcəydik. Amma məsələ burasındadır ki, əgər biz 1988-ci ildə fəaliyyətə başlamasaydıq, 1991-ci ildə bizim bu üçillik təcrübəmiz olmayacaqdı və nəticədə nəinki Qarabağ, heç Ermənistanın özü də bu qədər hazırlıqlı olmayacaqdı. Hətta Qarabağ olmayacaqdı”.

Məhkəmədə təqdim olunan videoda Ermənistanın keçmiş prezidenti deyib: “Birincisi, bu hərəkət sayəsində Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 ildir həll edə bilmədiyi bir problemi həll etdi. Ermənistan və Qarabağ digər xalqlardan tamamilə təmizləndi. Bu, 600 illik problemdir və erməni xalqı növbəti 600 ildə də onun əhəmiyyətini hiss edəcək. Təsəvvür edin ki, əgər bu gün Ermənistanda, 1988-ci ilə qədər burada yaşayan digər millətlərdən olan 170 min insan yaşamaqda davam etsəydi, bu gün bizim dövlətimiz olmazdı. Biz nə şimal rayonlarımızı, nə də Göyçə (Sevan) rayonunu qoruya bilməzdik.

Unutmayın, yadınıza salım ki, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiya bölgələrində azərbaycanlılar çoxluq təşkil edirdi və Zəngəzur bölgəsində də əhalinin böyük hissəsini təşkil edirdilər. İndi bu problem həll olunub. Bu problemi biz öz hərəkatımızla həll etdik. Bu, xalqımızın milli azadlıq mübarizəsi, erməni milli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə birləşmələrimiz və yerli Qarabağ bölmələrimizin fəaliyyəti ilə mümkün oldu. Qarabağ da həmçinin. Bu gün Qarabağın bütün ərazisi, üstəlik daha böyük bir hissə ermənilərin əlindədir”.

Kadrlarda L.T.Petrosyan deyir: “…Yekun olaraq bir məqamı da qeyd etməyə bilmərəm: Qeyd edirəm ki, bütün qələbələrimizin tacı olaraq qüvvələrimiz dünən gecə və bu səhər Ağdama daxil olublar”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 May 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see231

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see192

Ferrari nin rəhbəri ilə anası arasında varislik davası Məhkəmə qərarı nə olacaq?

02 Oktyabr 2025 12:04see178

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see160

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see158

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see146

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see143

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see142

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see138

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see136

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see129

İnternet, yemək içmək və yatmaq: Monteneqroda dünyanın ən qeyri adi yarışlarından biri başladı

02 Oktyabr 2025 04:02see127

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see126

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see125

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see122

Oktyabrın 3 də havanın temperaturu dəyişəcək

02 Oktyabr 2025 12:35see122

Donald Tramp Yaxın Şərqdə sülh planına dəstək verən ölkələrlə bağlı paylaşım edib

02 Oktyabr 2025 08:41see122

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see122

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see119

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri