Icma.az
close
up
RU
Bakıda dostları gənc oğlanı parkda yuxuya verib qaçdı Cinayət tərkibi...

Bakıda dostları gənc oğlanı parkda yuxuya verib qaçdı Cinayət tərkibi...

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Bir neçə gündür sosial şəbəkələrdə Bakıda park ərazisində yerdə döşək üstündə yatan gəncin görüntüsü paylaşılır.

Ölkə.Az xəbər verir ki, yerdə yuxlayan gənci görənlər onun fotosunu çəkiblər. 

Kimliyi naməlum şəxsin hansı səbəbdən parkda yatması maraq doğurub.

Daha sonra sosial şəbəkələrdə yayılan video ilə məlum olub ki, Əziz adlı gənci parka aparan onun dostları olub. Görüntülərin zarafat məqsədilə çəkildiyi deyilir.
Belə ki, yayılan videoda avtomobilin ön hissəsində olan gəncin əvvəlcə su içdiyi görünür. Suya yuxu dərmanının qatıldığı iddia edililir. Yuxuya getdikdən sonra isə onunla eyni avtomobildə olan digər şəxslər Əzizi Nərimanov rayonu ərazisində parkda döşək salaraq yatırdıblar. Sonda isə gənclərin avtomobilə minərək ərazidən uzaqlaşdığı görünür.

Görüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bir sıra istifadəçilər yatan şəxsin başına neqativ hadisə gəlmə ehtimalı, onun razılığı olmadan yuxu dərmanı verilməsi, icazəsiz görüntülərinin çəkilməsi və s. məqamlardan dolayı videonu çəkənləri tənqid ediblər.

Mövzunü Ölkə.Az-a şərh edən hüquqşünas Şamil Paşayev bu cür hərəkətlərin cinayət tərkibli olduğunu və qanun qarşısında məsuliyyət yaratdığını söyləyib:

“Burada Cinayət Məcəlləsinin (CM) tələbləri pozulmuş ola bilər. Bunun üçün baxmaq lazımdır ki, həmin şəxslər konkret olaraq nə ediblər. Araşdırmaq lazımdır ki, o gəncə hansısa dərman vasitəsi verilibmi. Şəxsə hər hansı bir dərman preparatı və yaxud da narkotik tərkibli vasitə verilibsə, bu, onun narkomanlıqla və ya toksiki xəstəliklə xəstələnməsinə səbəb olubsa, Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə məsuliyyətə səbəb ola bilər. 

Eyni zamanda burada başqa müddəlar ola bilər. Məsələn, ehtiyatsızlıqdan sağlamlığa zərər vurma kimi qiymətləndirilə bilər. Bunu şəxsin hərəkətlərindən və ya aldığı xəsarətlədən müəyyən etmək olar. 
Belə bir hal var ki, qanunsuz olaraq tətbiqi müəyyən edilmiş qaydada qadağan olunmuş diaqnostika və ya müalicə üsulları, dərman vasitələri tətbiq etməklə ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az zərər vurmaq da Cinayət Məcəlləsinin 138-ci maddəsi tənzimlənir və məsuliyyət nəzərdə tutulur. Bu dərman vasitəsilə şəxs zöhrəvi xəstəliklərə tutula bilər. Bu da CM-nin 139-cu maddəsi ilə məsuliyyət yaradır. Şəxsi köməksiz və anlaqsız vəziyyətdə qoymağa, həyat və sağlamlığı təhlükəli vəziyyətdə olan şəxsi bilərək köməksiz qoymağa görə də 143-cü maddə ilə həmin şəxslər məsuliyyətə cəlb edilə bilər. Belə zarafatlar çox təhlükəlidir və ciddi qanun pozuntusuna, eləcə də fəsadlara səbəb ola bilər”.

Ş.Paşayev belə hallarda insanların reaksiya verməməsini də tənqid edib:

“Ən pisi odur ki, insanlar təpkisizdir. Küçədə bir gənc oğlanla gənc qız qucaqlaşsaydı, bir-birini sığallasydı, ətrafda olan hər kəs onlara reaksiya verər, sosial şəbəkələrdə yazardı. Həmin adamlara hansısa ağsaqqallar yaxınlaşıb namus, qeyrət dərsi keçməyə çalışardı. Amma burada adamı az qala ölümə tərk ediblər, təhlükədə qoyublar, orada olanların hansısa reaksiya verməsini görmürük. Çox təəssüfləndirici haldır”.

Billurə Yunus

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Avqust 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri