Bakıda dünya çempionatına seçmə xarakter daşıyan oyunun açılış mərasimi keçirilib
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda qadınlardan ibarət Azərbaycan və Özbəkistan şahmat komandaları arasında dünya çempionatına seçmə xarakter daşıyan görüşün açılış mərasimi keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, tədbir hər iki ölkənin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb.
Daha sonra gənclər və idman naziri Fərid Qayıbov açılış nitqi ilə çıxış edib, iştirakçılara uğurlar arzulayıb. O, Azərbaycanla Özbəkistanın dost və qardaş ölkələr olduğunu xatırladaraq, bu görüşdə iştirak etməkdən məmnun olduğunu deyib.
Ardınca Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edib. Eyni zamanda, yarışın baş hakimi olan F.Həsənov maraqlı oyunlara şahidlik edəcəklərini vurğulayıb.
Sonra ilk gedişi reallaşdıran F.Qayıbov görüşdə açılışı edib.
Qeyd edək ki, Azərbaycan millisi matçda bu heyətlə çıxış edir: Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva. Komandanın kapitanı Avropa çempionu Qədir Hüseynovdur.
Dünya çempionatı noyabrın 18-23-də İspaniyanın Linares şəhərində keçiriləcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 01 Noyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















