Icma.az
close
up
RU
“Bakıda əlçatanlıq cəmi 31 faizdir” Paytaxtın gizli problemi üzə çıxdı

“Bakıda əlçatanlıq cəmi 31 faizdir” Paytaxtın gizli problemi üzə çıxdı

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rauf Ağamirzəyev: “Layihə səhvləri əlçatan şəhər ideyasını puça çıxarır”

Şəhərdə piyadayönümlü küçələr təşkil etmək asandır; küçəni avtomobillərə bağla, vəssalam. Amma inklüziv şəhər modeli yaratmaq çətindir. Buna sosial inklüzivlik də deyilir. Yəni, hər bir fərdin özünü cəmiyyətin dəyərli və bərabərhüquqlu üzvü hiss etməsi üçün şərait yaradılması.

Bura ictimai nəqliyyatın, binaların və məlumatların hər kəs, məsələn, görmə və ya eşitmə, həmçinin fiziki məhdudiyyətli insanlar üçün əlçatan olması daxildir. Paytaxtımızda buna nə qədər nail olunub?

Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev bildirir ki, paytaxt Bakıda hamı üçün müyəssərlik göstəricisi cəmi 31 faizdir: 

- May ayında DOST Agentliyində keçirilən Əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının 2025-ci ilin nəticələrinə dair hesabatının və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş ictimai müzakirədə iştirak etmişdim. Təqdim olunan vizual monitorinq nəticələrinə əsasən, ölkə üzrə ümumi müyəssərlik - əlçatanlıq göstəricisi cəmi 22% təşkil edir.

Şəhərlər üzrə nəticələrə baxsaq, Gəncədə daha yüksək göstəricidir – 34 faiz. Bakıda 31, Lənkəran 19, Sumqayıtda da 19, Mingəçevir 17, Şirvan 11, Şəkidə cəmi 6 faizdir. Klasterlər üzrə müyəssərlik göstəriciləri isə belədir: İctimai nəqliyyat 43, müəssisələr 30, yaşayış binaları 7, şəhər infrastrukturu 6 faiz. Monitorinq göstərir ki, müyəssərlik baxımından ən yaxşı nəticə ictimai nəqliyyat sahəsində əldə olunub. Ən ciddi problemlər isə şəhər infrastrukturu və yaşayış binalarında qalmaqdadır. Müqayisə üçün deyim ki, beynəlxalq göstəricilərdə urban infrastruktur üzrə orta səviyyə xeyli yüksəkdir: UN-Habitat Urban Infrastructure Index – təxminən 68 faiz. OECD Urban Development Index - inkişaf etmiş şəhərlərdə 80–90 faiz, Smart City Index - orta urban infrastruktur "yetkinliyi" 60–65 faiz. Məsələn, Bakının Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi ilə Bülbül prospektinin kəsişməsindəki vəziyyət monitorinq nəticələrinin praktik təzahürünü göstərir. Keçid zebra, pandus və işıqforla təchiz olunsa da, keçidin ortasında yerləşdirilmiş işıq dirəyi və pandus zonasında baxış qapaqlarının olması maneəsiz hərəkəti məhdudlaşdırır. Bu nümunə bir daha göstərir ki, baryersiz mühit yalnız normativ elementlərin quraşdırılması deyil, onların düzgün layihələndirilməsi və icrasıdır. Universal dizayn prinsipləri layihələndirmə mərhələsindən etibarən tətbiq edilmədikdə, əlçatan görünən infrastruktur belə hər kəs üçün rahat və təhlükəsiz olmur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 İyul 2026 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri