Icma.az
close
up
RU
Bakıda əmlak bazarında sabit bahalaşma: oktyabrda artım bütün seqmentləri əhatə edib

Bakıda əmlak bazarında sabit bahalaşma: oktyabrda artım bütün seqmentləri əhatə edib

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda daşınmaz əmlak bazarında qiymət artımı tendensiyası güclənməkdə davam edir. Oktyabr ayında şəhərin bütün rayonlarında qiymətlər sentyabrla müqayisədə yüksəlib və bu artım həm mənzil və fərdi yaşayış evləri, həm torpaq sahələri, həm də qeyri-yaşayış obyektləri üzrə müşahidə olunub.

Moderator.az xəbər verir ki, bu barədə "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc "Report"a açıqlamasında bildirib.

Onun sözlərinə görə, seqmentlər üzrə artım templəri fərqli olsa da, ümumi dinamika bazarda sabit bahalaşmanın davam etdiyini göstərir.

"Oktyabr ayında torpaq sahələrinin qiyməti 3.4%, qeyri-yaşayış obyektlərinin qiyməti isə 2% artıb. Yeni tikili mənzillərdə ümumi artım 1.9% təşkil edib. 2000-ci illərin əvvəllərində tikilmiş binalarda qiymətlər 1.5%, ən yeni tikililərdə isə 2.3% yüksəlib. Köhnə tikililərdə artım 0.7%, fərdi yaşayış evlərində 1,1%, təməl mərhələsində (kotlovan) olan layihələrdə isə 3% olub", - deyə ekspert vurğulayıb.

V. Orucun sözlərinə görə, yeni tikililərdə aylıq qiymət artımı rayonlar üzrə ən çox Yasamalda - 3% səviyyəsində qeydə alınıb.

"Nərimanov rayonunda bu göstərici 2.7%, Nəsimidə 2.5%, Nizamidə 2.3 %, Xətaidə 2.1%, Səbaildə 2%, Sabunçuda 1.8%, Binəqədidə 1.7%, Suraxanıda 1.5%, Xəzərdə 1.1%, Pirallahıda 1.2%, Qaradağda isə 0.9% təşkil edib", - deyə o bildirib.

Ekspert qiymətlərin azalacağı ilə bağlı iddiaları əsassız sayır. Onun sözlərinə görə, qiymətlərin enməsi üçün heç bir iqtisadi əsas mövcud deyil:

"Azərbaycan iqtisadiyyatı sabitdir, inşaat materiallarının qiyməti ucuzlaşmayıb, manatın alıcılıq qabiliyyəti dəyişməyib və daşınmaz əmlak investisiya baxımından hələ də ən cəlbedici alətlərdən biridir. Bu şəraitdə qiymətlərin düşməsi absurddur".

O əlavə edib ki, Bakıda aparılan söküntü işləri, yeni park və ictimai məkanların salınması, həmin ərazilərdə yeni tikililərin planlaşdırılması mənzilə tələbi artırır:

"Son aylarda kirayə mənzillərə tələbin kəskin artması və sahibkarların kirayə biznesinə marağının yüksəlməsi də satış qiymətlərinə təzyiq yaradır. Eyni zamanda, inşaat materiallarının bahalaşması və sərtləşdirilmiş şəhərsalma normaları tikintinin maya dəyərini artırır ki, bu da son qiymətlərə təsir edir".

V.Oruc hesab edir ki, hazırda daşınmaz əmlak bazarında investisiya riski minimumdur və sektor ölkədə ən etibarlı investisiya alətlərindən biri olaraq qalır. Pandemiyadan sonra alternativ investisiyaların daha riskli olması da əmlaka marağı artıran əsas faktorlardandır.

Onun fikrincə, hətta 2026-cı ildə gözlənilən müəyyən iqtisadi dəyişikliklərin belə bazara ciddi təsir göstərəcəyi ehtimal olunmur:

"Qarabağda genişmiqyaslı infrastruktur işlərinin aparılması, Bakıda iri şəhərsalma layihələrinin icrası və tikinti həcminin artması bazara əlavə dəstək verir. Buna görə də mümkün çətinliklər daşınmaz əmlak qiymətlərinə maksimum minimal təsir göstərə bilər".

Mövcud göstəricilər və bazarın hazırkı dinamikası onu deməyə əsas verir ki, yaxın perspektivdə Bakıda daşınmaz əmlak qiymətlərinin azalması gözlənilmir. Əksinə, tələbin yüksəlməsi və tikinti şərtlərinin dəyişməsi qiymət artımını daha da sabitləşdirərək bazarda bahalaşma tendensiyasını qoruyur.

Qeyd edək ki, Nazirlər Kabineti bu ilin may ayında "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları"nda dəyişikliklər edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Noyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see297

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see212

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see207

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see177

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see169

Nazirin keçmiş müşavirinə yeni vəzifə verildi

12 Noyabr 2025 17:13see167

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see156

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see144

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see142

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see141

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see139

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see137

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see137

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see134

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see134

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see134

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see130

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see129

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see129

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri