Icma.az
close
up
RU
Bakıda əmlak qiymətləri yenidən artdı: Hansı rayonlar liderdir?

Bakıda əmlak qiymətləri yenidən artdı: Hansı rayonlar liderdir?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

2026-cı ilin iyun ayı üzrə Bakı şəhərinin daşınmaz əmlak bazarında aparılan müşahidələr göstərir ki, bazarda qiymət artımı davam edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) məlumat verib.

May ayı ilə müqayisədə iyun ayında yay mövsümünün başlaması, alıcı fəallığının yüksəlməsi və investisiya məqsədli alışların artması nəticəsində bütün əsas seqmentlər üzrə müsbət dinamika qeydə alınıb. Ən yüksək artım yenə də torpaq bazarında müşahidə olunub.

İyun ayında daşınmaz əmlak bazarında əsas hərəkətverici qüvvə yenə də torpaq seqmenti olub. Mövsümi aktivlik, fərdi yaşayış evlərinə marağın artması və yeni tikinti üçün yararlı torpaq ehtiyatlarının məhdudlaşması qiymətlərin daha sürətli yüksəlməsinə səbəb olub. Mənzil bazarında isə yeni tikili və kotlovan layihələrində artım davam etsə də, köhnə tikili mənzillərdə qiymət artımı əvvəlki aylarla müqayisədə daha mülayim olub.

1. MƏNZİL BAZARI ÜZRƏ İYUN AYI DİNAMİKASI (%)

Yeni tikili mənzillərə tələbat sabit artım nümayiş etdirib. Kotlovan mərhələsində olan layihələr investorlar üçün ən cəlbedici seqment olaraq qalmaqda davam edib. Köhnə tikili mənzillərdə isə bazarda təklifin nisbətən çox olması səbəbindən artım tempi daha mülayimdir.


2. TORPAQ VƏ DİGƏR SEQMENTLƏR ÜZRƏ İYUN AYI DİNAMİKASI (%)

İyun ayında Xəzər, Sabunçu və Suraxanı rayonlarında torpaq bazarı rayonlar arasında liderlik edərək ən yüksək aktivlik nümayiş etdirib. Mərkəzi rayonlarda isə məhdud təklif fonunda fərdi yaşayış evlərində artım sabit qalıb.


İyun ayının nəticələri göstərir ki, Bakı şəhərinin daşınmaz əmlak bazarında qiymət artımı davamlı xarakter alıb. Ən yüksək artım torpaq bazarında qeydə alınır. Kotlovan layihələri investisiya baxımından cəlbediciliyini qoruyur, yeni tikili mənzillərdə sabit yüksəliş müşahidə olunur, köhnə tikili mənzillərdə isə qiymət artımı daha mülayim templə davam edir. Mövcud dinamikanın ilin ikinci yarısında da bazarın ümumi inkişafını dəstəkləyəcəyi gözlənilir.

İyun ayı üzrə təqdim etdiyimiz dinamikanı və 2026-cı il üçün gözlənilən illik artımların təxminən yarısının artıq formalaşdığını nəzərə alaraq, rayonlar üzrə 2025-ci ilin iyun ayı ilə müqayisədə vəziyyəti belə təqdim etmək olar:


İlk yarımillikdə ən yüksək qiymət artımı Xəzər, Sabunçu, Suraxanı və Binəqədi rayonlarının torpaq bazarında, həmçinin Səbail, Yasamal və Nəsimi rayonlarında kotlovan layihələrində müşahidə olunub. Bakı üzrə ən dinamik seqment torpaq bazarı olaraq qalır və bəzi ərazilərdə qiymət artımı artıq illik proqnozun yarıdan çox hissəsini təmin edib.


Beləliklə, 2025-ci ilin iyun ayı ilə müqayisədə bazarda artım davam edib və ən yüksək dinamika yenə də torpaq bazarında müşahidə olunub. İlk yarımilliyin nəticələri göstərir ki, torpaq və kotlovan seqmentləri illik proqnozları qabaqlayır, mənzil və obyekt bazarında isə artım daha sabit xarakter daşıyır. Mövcud tendensiya qorunarsa, ilin sonuna qədər torpaq bazarında 25%-ə, kotlovan layihələrində isə 18%-ə yaxın illik qiymət artımı qeydə alına bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 İyul 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri