Icma.az
close
up
RU
Bakıda evə basqın edib 75 yaşlı qadını öldürənə AĞIR CƏZA

Bakıda evə basqın edib 75 yaşlı qadını öldürənə AĞIR CƏZA

Lent az saytına istinadən Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində mənzilə basqın edərək 75 yaşlı qadına qarşı quldurluq etməklə onu qətlə yetirməkdə təqsirləndirilən Süleyman Cəbiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə istintaqı açıq elan olunub. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini deyib. Daha sonra S. Cəbiyev bir neçə dəfə təhqirə məruz qaldıqdan sonra hadisənin yaşandığını, öldürmək kimi bir niyyətinin olmadığını bildirib:

"Onun məni niyə təhqir etdiyinin səbəbini bilmirdim. Gedib səbəbini soruşdum, dedim "bəlkə sənə qarşı bir səhvim olub? Elədirsə, qələt edib üzr istəyirəm. Amma niyə hər dəfə məni görəndə təhqir edirsən?" Yenə başladı mənə çox nalayiq söyüşlər yağdırmağa. Artıq dözə bilmədim və onu vurdum. Onu da deyim ki, qeyd edildiyi kimi evdən pul filan götürməmişəm. Əməlimdən qismən peşmanam".

Zərərçəkənin hüquqi varisi Nicat Əsgərxanov hadisə baş verən gün işdə olduğunu deyib:

"İş yoğunluğu səbəbindən bibimdən neçə gündür xəbər tuta bilmirdim. Nahar vaxtı zəng etdim, telefonu sönülü idi. Əvvəllər heç vaxt belə hal baş verməmişdi, onun telefonu həmişə açıq olurdu. Sonra bacımla onun evinə gedib qapını döydük, açmadı qapını. Qonşudan nərdivan tapıb hasarı aşaraq evə daxil oldum. Qapılar bağlı idi. İki pəncərə açıq idi. Telefonuna zəng vurduq, cavab vermədi. Qonşu qadın dedi ki, "Hiss edirsən? İçəridən pis qoxu gəlir. FHN- ə zəng etdik, gəlib qapını açdı. Açan kimi yerdə olan meyiti gördük".

Digər şahid Fərhad Kərimov hadisədən xəbəri olmadığını bildirib:

"Gecə saat 3 radələri idi. Süleymandan telefonuma zəng gəldi, dedi "Qonaq qəbul edərsən?". Gəldi, qapını açıb evə dəvət elədim. Dedi "Bir az oturub gedəcəm. Pula ehtiyacım var". Cibimdə olan pulu çıxarıb ona verdim, tezliklə qaytaracağını dedi, lakin qaytarmadı".

Şahid Nigar Abbasova ayın 1-də qardaşı ilə bağlı bibisinin evinə gəldiyini, lakin bibisinin qapısının bağlı olduğunu qeyd edib:

"Başladıq qonşulardan soruşmağa, kimsə heç nə bilmirdi. Polis və FHN gəldi, qapıları açıb içəri keçdilər. Mən çöldə olduğumdan meyiti görmədim".

Sonra prosesdə iştirak etməyən iki şahidin ilkin istintaqda verdiyi ifadələr məhkəmədə elan olunub.

Bununla da məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı çıxış edərək, Süleyman Cəbiyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müşavirədən sonra məhkəmə S. Cəbiyevin 19  il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.

Xatırladaq ki, hadisə 2025-ilin mayın 28-də Sabunçu rayonunun Maştaga qəsəbəsindəki Albalılıq yaşayış massivində baş verib. Süleyman Cəbiyev 75 yaşlı Jalə Əsgərxanovanın yaşadığı evin həyətyanı sahəsinə keçərək yataq otağına daxil olduqdan sonra o ev sahibəsinin boynuna bıçaqla ardıcıl zərbələr yetirib. 75 yaslı qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Daha sonra o, qadının mənzilindəki 450 manatı götürərək hadisə yerini tərk edib.

Süleyman Cəbiyev barəsində Cinayət Məcəlləsinin 120.2.4- cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə qəsdən adam öldümə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Fərqanə Novruzova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 Noyabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri