Icma.az
close
up
RU
Bakıda kütləvi söküntü işləri dayandırılır: Evlər bahalaşacaq?

Bakıda kütləvi söküntü işləri dayandırılır: Evlər bahalaşacaq?

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Bakı şəhərində kütləvi söküntü işlərinin dayandırılması ilə bağlı iddialar yayılıb.

Bu iddianın qaynağı isə 2026-cı ilin dövlət büdcəsindən paytaxtda söküntü və köçürülmə üçün vəsaitin ayrılmaması göstərilir.

Növbəti ildə şəhərdə büdcə pulu hesabına yalnız Mərkəzi Parkın dördüncü hissəsi üçün "Sovetski" adlanan ərazidə söküntülər və sakinlərə kompensasiyaların ödənilməsi nəzərdə tutulub.

Həmin işlər Nizami küçəsi ilə Mirzəağa Əliyev küçəsi arasındakı ərazini, Tolstoy, Süleyman Tağızadə küçələrini və "Təzəpir” məscidinin alt hissəsini əhatə edəcək.

Bundan başqa, 2026-cı ildə Bakının Sabunçu rayonu ərazisində iki ədəd iki mərtəbəli, Nizami rayonunda isə iki ədəd 5 mərtəbəli binanın söküntüsü planlaşdırılır. Orada yaşayan sakinlərə də kompensasiya ödəniləcək.

Amma paytaxtda özəl şirkətlərin hansısa ərazidə söküntü aparmasına heç bir məhdudiyyət qoyulmayıb. Bunun üçün vacib şərtlərdən biri yeni layihələrin Bakının Baş planına uyğun olması ilə yanaşı sakinlərin razı salınmasıdır.

Bəs söküntü işlərinin dayandırılması əmlak bazarına necə təsir edəcək?

Mövzu ilə bağlı "Cebheinfo.az”-a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, bu qərar bir sıra problemlərə səbəb ola bilər:

"Sadə rəqəmlərə baxsaq, indiyədək olan statistikaya əsaslansaq və yaranmış vəziyyəti nəzərə alsaq, bazarın inkişafını və tikinti şirkətlərinin resurslarını analiz etsək, bu, heç də yaxşı qərar deyil.

İndiyədək Bakı şəhərində təxminən 1 700–2 000 bina inşa olunub. Bunlar fərqli tikinti şirkətləri tərəfindən həyata keçirilib, ölkədə isə bu şirkətlərin sayı çox deyil, təxminən 100–150 arasıdır.

Nəzərə alsaq ki, təxminən 2012–2020-ci illər arasında Bakı şəhərində bir çox ərazilər dövlət hesabına sökülmüşdür, dövlətdən maliyyələşən söküntü işləri bazarda ciddi canlanmaya səbəb olurdu. 

Həmin dövrdə irəliləyiş aydın görünürdü, xüsusilə 2015–2020-ci illər arasında. O vaxt "Sovetski" və digər ərazilər dövlət hesabına köçürülürdü, eyni zamanda 2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin 86 saylı qərarı ilə pilot layihələr həyata keçirilirdi”. 

Onun sözlərinə görə, bu dövrlərdə dövlət hesabına aparılan söküntülər tikinti şirkətləri üçün münbit şərait yaratmış, heç bir məhdudiyyət qoyulmamışdı:

"Bunun nəticəsində son 10 ilə yaxın müddətdə Bakı şəhərində köhnəlmiş, müasir standartlara cavab verməyən və təhlükəli yaşayış binaları ləğv olunub, yeniləri ilə əvəzlənmişdir. Bu, Bakı şəhərində kifayət qədər yaxşı görüntü yaratmışdır.

Nəzərə alsaq ki, yaxın vaxtlarda ölkədə köhnəlmiş yaşayış binalarının sayı həddindən artıq çoxdur. Yalnız 5 mərtəbəli binaları nəzərdən keçirsək, onların sayı təxminən 16 000, digərləri ilə birlikdə isə 20 000–25 000 civarındadır.

İstismar müddəti bitmiş binalar növbəti mərhələdə qəzalı vəziyyətə düşür. Qeyd olunub ki, 1 100 bina artıq istismar müddəti bitib, qismən qəzalıdır, onlardan 193 bina isə ümumiyyətlə yaşayış üçün təhlükəlidir.

Bu 193 binadan cəmi 5–6-sı son 1–2 il ərzində dövlət hesabına sökülə bilib, qalan təxminən 190 yaxın bina isə hələ də yaşayış üçün risklidir və onların sökülməsi sual altındadır. Bu işi kim həyata keçirəcək, hələ məlum deyil”.

Ekspert qeyd edib ki, son 5–6 ildə daşınmaz əmlakın bahalaşması və ölkədə tikinti şirkətlərinə verilən məhdudiyyətlərlə bağlı, yalnız məhdud sayda tikinti şirkətinə yeni binaların tikilməsi üçün icazə verilib:

"Onlar isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən asılıdır. Təəssüflər olsun ki, tikinti şirkətlərinə hələ də "yaşıl işıq” verilməyib və proses hələ də davam edir.

Dövlət də bu istiqamətdə dəstək göstərmədiyi üçün ölkədə 20 000–25 000 köhnəlmiş yaşayış binasının riskli hissəsinin, yəni 11 000 binanın sökülməməsi cəmiyyəti ciddi risk altında qoyur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri