Icma.az
close
up
RU
Bakıda evlər sökülür Kompensasiya məbləği açıqlandı KONKRET

Bakıda evlər sökülür Kompensasiya məbləği açıqlandı KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür.

KONKRET.az Baku.ws-ə istinadən xəbər verir ki, artıq kompensasiya ödənilmiş evlərin böyük hissəsi sökülüb. Ödənişini hələ almayan mülkiyyətçilərin əmlakları üzrə isə kompensasiya prosesi başa çatdıqdan sonra növbəti mərhələdə söküntü işləri aparılacaq.

Məlumata görə, kompensasiya məbləğləri vətəndaşlara təxminən 3-4 ay əvvəl təqdim edilib və mülkiyyətçilərin əksəriyyəti təklif olunan şərtlərlə razılaşıb. Yaşayış sahəsinin hər kvadratmetri üçün 1200 manat, qeyri-yaşayış sahələri üçün 600 manat kompensasiya müəyyənləşdirilib. Bundan əlavə, hasarların hər metri 200 manat, şamboların hər biri isə 300 manat məbləğində qiymətləndirilib.

Kompensasiya hesablanarkən yalnız evin sahəsi deyil, torpaq ərazisindəki anbar, zirzəmi, ağaclar və digər əlavə tikililər də nəzərə alınıb. Evin ölçüsündən və ərazidəki tikililərdən asılı olaraq, bəzi mülkiyyətçilərə ümumilikdə 100 min manatdan artıq kompensasiya hesablanıb.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib ki, ADY tərəfindən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan dəmiryol layihələrinin icrası davam etdirilir:

“Dövlət Proqramı çərçivəsində Yeni Suraxanı-Hövsan, Bakıxanov-Binə-Qala, Zabrat-Maştağa-Bağlar və Qaradağ-Güzdək xətlərinin yenidən qurulması üzrə işlər aparılır.

Bakıxanov-Binə-Qala xətti ilə bağlı yol layihəsi üzrə işlər başa çatıb. Bu xətt boyunca mühafizə zonasında yerləşən və tikinti altına düşən yaşayış evləri və qeyri-yaşayış obyektləri üzrə mülkiyyətçilərlə protokollar imzalanıb, 200-dən çox mülkiyyətçiyə kompensasiya ödənilib. Proses davam edir. Dövlət Proqramına əsasən, Bakıxanov-Binə-Qala xəttinin bərpası layihəsinin icra müddəti 2026-2028-ci illəri əhatə edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Noyabr 2026 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri