Bakıda “Fan Zona” təşkil olundu
futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi mayın 21-dən iyunun 1-nə qədər Bakıda minifutbol üzrə dünya çempionatı keçiriləcək.
Futbolpress.az xəbər verir ki, bununla əlaqədar mayın 15-də saat 15-00-da Dənizkənarı Bulvar ərazisində “Fan Zona” təşkil olunub. “Fan Zona”da Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov və digər rəsmi şəxslər, o cümlədən “Yaşat” fondunun nümayəndələri, şəhid övladları, minifutbol üzrə milli komandamızın üzvləri, şəhərimizin qonaqları iştirak ediblər.
“Fan zona”da müxtəlif atraksionlar və əyləncə bölmələri təşkil olunacaq və zonanın fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat veriləcək. Tədbirə bütün media nümatyəndələri dəvətlidir.


