Bakıda UFC turniri ərəfəsində açıq məşq və fan zona təşkil olunacaq
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 23 iyun, AZƏRTAC
Bakıda keçiriləcək UFC turniri ərəfəsində azarkeşlər üçün açıq məşq və fan-zona təşkil olunacaq.
Bakı Şəhər Halqasından AZƏRTAC-a bildirilib ki, tədbir iyunun 24-də Dənizkənarı Milli Parkda, “Yeddi Gözəl” fəvvarəsinin yaxınlığında baş tutacaq. Saat 17:00-da başlayacaq açıq məşq proqramı 19:30-dək davam edəcək.
Tədbirdə UFC turnirinin əsas döyüşünün iştirakçıları Rafael Fiziyev və Manuel Torres, gecənin ikinci əsas qarşılaşmasının iştirakçısı Şarabutdin Maqomedov, eləcə də Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Fərman Həsənov azarkeşlərlə görüşəcəklər.
Proqram çərçivəsində döyüşçülər nümayiş məşqləri keçirəcək, həmçinin azarkeşlərin suallarını cavablandıracaqlar. UFC döyüş həftəsinin ən maraqlı tədbirlərindən biri hesab olunan açıq məşq tamaşaçılara idmançıları yaxından izləmək və onlarla ünsiyyət qurmaq imkanı yaradacaq.
Tədbir ərazisində xüsusi fan-zona da fəaliyyət göstərəcək. Azarkeşlər burada interaktiv oyunlarda iştirak edə, fotozonalarda şəkillər çəkdirə və UFC-nin rəsmi məhsulları ilə tanış ola biləcəklər.
Qeyd edək ki, UFC turniri iyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 23 İyun 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















