Bakıda fəaliyyət göstərən Özbəkistan vətəndaşının şirkəti cərimələndi
Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“KK Gold Group” MMC məcburi auditdən yayındığına görə cərimələnib. AzPost-un əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
Hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, 2021-ci ildə Dövlət Vergi Xidməti “KK Gold Group” MMC-ni qeydiyyata alıb. Məlumata görə, şirkətlər qrupunun nizamnamə kapitalı 50 manatdır və qanuni təmsilçisi Özbəkistan vətəndaşı Djapakova Zulfiya Aytymbetovnadır. “KK Gold Group” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu,İzzət Həmidov ev.3 m.11. ünvanıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 09 Yanvar 2025 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















