Icma.az
close
up
RU
Bakıda film kimi cinayət: Söyüşə görə “Mercedes”lə “Porshe”ni məhv etdi

Bakıda film kimi cinayət: Söyüşə görə “Mercedes”lə “Porshe”ni məhv etdi

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda baş verən ağır yol nəqliyyat hadisəsinin qəsdən törədildiyi məlum olub. Hər iki maşında olan şəxslər tanış olublar. Qəzanı törədən şəxs içkili imiş.

Sfera.az “musavat.com”a istinadən xəbər verir ki, Dilsuz və Araz adlı şəxslər dost olublar. Onlar arasındakı münasibətlər uzun illər davam edib. Araz xarici ölkələrdən avtomobil gətirərək satırmış. Dilsuz isə Bakıda “Labirint” çay evini işlədirmiş. Dilsuz əlavə pul qazanmaq üçün Arazın xaricdən maşın gətirmək təklifi ilə razılaşıb.


Bu məqsədlə Dilsuza 12 min dollar pul verib. Bu pula “Mercedes Benz GL450” markalı maşın alınacaqdı.
 

Dilsuz həmin maşını Bakıda sataraq 6-7 min manat pul qazanmağı düşünüb. Əvvəlcə maşın hərracda alınıb və Araz bu barədə Dilsuza məlumat verib. Lakin 3 gün sonra Dilsuz avtomobilin yenidən hərraca çıxarıldığını və gürcüstanlı bir şəxs tərəfindən alındığını görüb. Bu barədə Araza məlumat verib. Araz isə həmin gürcüstanlı şəxsin öz adamı olduğunu və maşının artıq Poti şəhərinə gətirildiyini deyib.

Maşının Potiyə çatmalı olduğu vaxt bitəndən sonra Araz müxtəlif bəhanələr gətirərək maşını çatdırmayıb və bildirib ki, karqo şirkətində problem var. Həmin ərəfədə Araz şəxsi ehtiyacı üçün Dilsuzdan əlavə 6 min dollar da borc alıb.


Bir müddət keçəndən sonra Araz nə maşını çatdırıb, nə də aldığı borcu qaytarıb. Buna görə onlar arasında mübahisələr başlayıb.
 

Araz Dilsuzun zənglərinə cavab vermədiyi üçün mübahisələr böyüyüb. Sonuncu dəfə Dilsuz Araza zəng edərək görüşmək istədiyini deyib. Həmin vaxt Araz tanışları ilə məclisdə olub. İçkili olan Araz Dilsuzun ünvanına ağır söyüşlər söyüb. Dilsuz isə görüşmək üçün Arazdan ona məkanı söyləməsini istəyib. Araz buna daha da əsəbləşib və Dilsuzu təhqir edib, onun qarnını deşəcəyini, maşınla üstündən keçəcəyini deyib. Bu söyüşləri məclisdə olan dostlarının yanında işlədən Araz Dilsuzun gəlməsini gözləyib.

Dilsuz Arazın olduğu məkana çatanda orada 6-7 nəfər şəxsin olduğunu görüb. Arazla eyni məclisdə olan Anar adlı şəxs Dilsuzu kənara çəkərək onunla söhbət edib.
 

Anar adlı şəxs Arazın içkili olduğunu deyərək Dilsuzdan onu yola verməsini xahiş edib. Uzun söhbətdən sonra Anar adlı şəxs Dilsuzu razı salıb. Dilsuz söhbəti Araz içkinin təsirindən ayıldıqdan sonra etməyə razılaşaraq oradan uzaqlaşıb. Həmin ərəfədə Dilsuzun dostlarından biri də onun yanına gəlib və birlikdə evə doğru hərəkət ediblər.
 

Babək prospektində olan zaman Araz Dilsuza zəng edərək harada olduğunu soruşub və gözləməsini istəyib. Dilsuz isə sabah söhbət edə biləcəklərini deyib. Lakin Araz sakitləşməyib və dostlarının yanında söydüyü söyüşü “yeməyəcəyini” deyərək onunla görüşə tələsib. Araz Babək prospektində işıqforda Dilsuza çata bilib. Araz idarə etdiyi “Mercedes” markalı avtomobillə Dilsuzun içərisində olduğu “Porsche Cayenne GTS Coupe” markalı maşını arxadan vurub.

Qəza zamanı 250 min dəyəri olan avtomobilin 80 faizi yarasız vəziyyətə düşüb və Dilsuza 200 min manat ziyan dəyib. Həmçinin işıqfor da yararsız hala düşdüyü üçün Daxili İşlər Nazirliyinə 5 min manat dəyərində ziyan dəyib. 


Qəza zamanı Dilsuzun özü və avtomobildə olan dostu xəsarətlər alıblar. Bu əməllərinə görə Araza dələduzluq, qəsdən sağlamlığa zərər vurma və qəsdən özgə əmlakını məhv etmə maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq olub. Dilsuz ona dəymiş 220 min manatlıq zərərin ödənildiyini, barışıdıqlarını deyib.
 

Həbsdə olan Araz barəsində 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Məhkəmə zərərçəkmişlərlə barışıq əldə olunmasını, dəymiş zərərin ödənilməsini nəzərə alaraq Arazın cəzasını şərti hesab edərək məhkəmə zalından azadlığa buraxıb.
 

Məhkəmə hökmdə qeyd edib ki, Daxili İşlər Nazirliyi də dəymiş zərərin ödənilməsi üçün mülki iddia verə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 Aprel 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see170

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see149

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see146

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see134

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri