Icma.az
close
up
RU
Bakıda “Formula 1” həyəcanı: 12 mindən çox turist, 20 min tribunalıq yer və minlərlə azərbaycanlının zəhməti

Bakıda “Formula 1” həyəcanı: 12 mindən çox turist, 20 min tribunalıq yer və minlərlə azərbaycanlının zəhməti

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sentyabrın 19-21-də Bakıda keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in startına sayılı günlər qalır.

İdman.biz xəbər verir ki, yarış həftəsində paytaxtın küçələrində mühərriklərin gurultusu yenidən eşidiləcək və paytaxtımız dünya avtoidmanının mərkəzinə çevriləcək.

Yarış günlərində 12 mindən çox xarici turistin Bakıya gələcəyi gözlənilir. Rəsmi statistikaya əsasən, ötən il tamaşaçıların 80 faizindən çoxunu əcnəbilər təşkil edib. Hətta bir çox qonaqlar bilet almadan sadəcə “Formula 1” ab-havasını yaşamaq üçün paytaxtımıza üz tutublar. Formula 1-in təqdim etdiyi rəqəmlərə görə, azarkeşlərin 55 faizi Azərbaycan Qran Prisini dostlarına tövsiyə etməyə hazırdır, 72 faizi isə yaxın iki ildə yenidən gəlməyi planlaşdırır.

Göstəricilərə əsasən, bir xarici azarkeşin orta xərci 2200 ABŞ dolları ötür ki, bu da Qran Prini turizm və sahibkarlığın inkişafı üçün mühüm hərəkətverici qüvvəyə çevirir.

2024-cü ildə Azərbaycan Qran Prisini canlı izləyənlərin sayı 86 milyon nəfəri, müxtəlif platformalarda yarışla maraqlananların sayı isə 3,9 milyard tamaşaçını keçib.

Azərbaycan Qran Prisinə marağı nəzərə alınaraq, 2025-ci ildə iki yeni tribuna inşa edilib. 12 tribunadan 10-nun biletləri artıq tamamilə satılıb. Ümumi tutum 20 min nəfəri ötəcək ki, bu da Bakının “Formula 1” xəritəsində mövqeyini daha da möhkəmləndirir.

Yarışa hazırlıq işlərinə minlərlə insan cəlb olunub. Tikinti-quraşdırma işlərində 2 mindən çox mühəndis, texnik, montajçı və logist iştirak edir. Sakinlərin rahatlığı üçün işlər əsasən gecə saatlarında aparılır. Yarış həftəsində bu komandaya əlavə 1500 əməkdaş, 2000 könüllü və 1400 marşal qoşulur.

Əgər ilk illərdə işlərin böyük hissəsi xarici şirkətlərin payına düşürdüsə, bu gün bütün proses yerli podratçılar tərəfindən icra olunur. Bu isə həm yeni iş yerlərinin açılmasına, həm də yerli mütəxəssislərin təcrübəsinin artmasına şərait yaradır. Beləliklə, Qran Pri təkcə idman yarışı deyil, həm də ölkə iqtisadiyyatı üçün güclü inkişaf platformasıdır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev azarkeşləri həm həyəcanlı yarışdan, həm də Azərbaycanın qonaqpərvərliyindən zövq almağa dəvət edir: “Ötən il rekordlarla yadda qaldı. Qlobal maraq sayəsində Azərbaycan Qran Prisi artıq Formula 1 təqvimində mütləq izlənilməli yarışlardan biridir. 2025-ci il isə daha möhtəşəm olacaq. İki yeni tribunaya görə tədbir tarixdə ən böyük tamaşaçı tutumuna sahib olacaq. İlk dəfə eksklüziv “Formula 1 Çempionlar Klubu” fəaliyyət göstərəcək və burada pit-leyn mənzərələri, paddok turları və digər unikal imkanlar təqdim olunacaq. Bu, daha çox azarkeşə Azərbaycan Qran Prisini canlı izləmək fürsəti verəcək.
Dünyanın ən güclü pilotları yenidən Bakıya qayıdır və bizi unudulmaz anlar gözləyir! Bakı Şəhər Halqası ənənəsinə sadiq qalaraq sürprizlərə hazırdır. Əgər trekdəki sürət sizə az görünəcəksə, sadəcə gecəni gözləyin: sentyabrın 19-da DJ Anyma, sentyabrın 20-də isə dünya ulduzları Martin Garrix və Glass Animals azarkeşlərə möhtəşəm şou təqdim edəcəklər”.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Sentyabr 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri