Bakıda gecələr görünməyən TƏHLÜKƏ: Sürücülər çalaya düşürlər VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakının Nizami rayonu ərazisində yolda yaranan problem sürücülər üçün təhlükəli vəziyyət yaradıb.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb.
Qeyd olunub ki, metronun "Qara Qarayev" stansiyasının yaxınlığında, Şirin Mirzəyev küçəsində yolun asfalt örtüyünün dağılması nəticəsində dərin çala əmələ gəlib. "Neçə müddətdir ki, bu yolda belə bir problem mövcuddur. Xüsusilə gecə saatlarında və çaladan xəbərsiz olan sürücülər üçün bu vəziyyət ciddi risk yaradır. Sürücülər gəldikləri sürətlə hərəkət etdikləri zaman avtomobil qəfil çalaya düşür, bu isə nəqliyyat vasitələrinin təkərlərinə və asqı sisteminə ziyan vurur", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 02 İyun 2026 21:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















