Icma.az
close
up
RU
Bakıda həbsxanada fırıldaq: məhbus yoldaşının pullarını görün necə ələ keçirdi

Bakıda həbsxanada fırıldaq: məhbus yoldaşının pullarını görün necə ələ keçirdi

Bakı şəhər Xəzər rayonunda yerləşən 9 saylı cəzaçəkmə müəssisəsində həbsdə saxlanılan 1983-cü il təvəllüdlü Elvin H-nin cəza müddəti artırılıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, 2022-ci ildə dələduzluq əməlinə görə 7 il 6 ay müddətinə həbsə məhkum edilmiş şəxsin cəza müddəti 6 ay artırılaraq 8 il edilib. Bununla bağlı Yasamal Rayon Məhkəməsi hökm çıxarıb.

Məlum olub ki, əvvəllər hüquq-mühafizə orqanlarında çalışmış Elvin həbsdə onunla bir yerdə saxlanılan Sahib adlı şəxsin əfv üçün müraciət etdiyini öyrənib. O, Sahibi inandırıb ki, həbsdən çıxmasına kömək edəcək. Bu adla Elvin məhbus yoldaşından 6 min manat pul alıb. Pul Sahibin yaxınları tərəfindən Elvinin dediyi kartlara göndərilib.

Lakin sonradan Elvinin yalanının üstü açılıb və onun barəsində dələduzluq əməlinə görə yeni cinayət işi açılıb.

Turqut Seyidov

seeBaxış sayı:13
embedMənbə:https://publika.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri