Bakıda içkili sürücü “ayıq sürücü” xidməti çağırmaq əvəzinə görün nə etdi VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Bakıda içkili vəziyyətdə olan sürücünün davranışı sosial şəbəkələrdə maraq doğurub.
Avtosfer.az xəbər verir ki, qanunla sükan arxasına keçmələri qadağan edilən şəxs "ayıq sürücü" xidməti əvəzinə evakuator çağıraraq avtomobilini evakuator ilə gedəcəyi yerə aparıb.
Məlumata görə, sürücü nəqliyyat vasitəsini idarə etməyin riskli və cəriməli olduğunu bildiyi üçün alternativ həll yolu axtarıblar. Onlar maşınlarını evakuator vasitəsilə evlərinə və ya dayanacaq yerinə göndərməklə həm məsuliyyətdən yayınmağa, həm də avtomobillərinə zərər gəlməsinin qarşısını almağa çalışıblar.
Qeyd edək ki, qanunvericiliyə əsasən, sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə edən sürücülər 400 manatdan 700 manatadək cərimə və 1 ildən 2 ilə qədər sürücülük hüququndan məhrum edilə bilərlər. Bu səbəbdən bəzi vətəndaşlar evakuator seçimini daha təhlükəsiz və qanuni çıxış yolu kimi görürlər.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 18 İyun 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















