Icma.az
close
up
RU
Bakıda ilk Hilton Garden Inn oteli açıldı Xəbər saytı Son xəbərlər və Hadisələr

Bakıda ilk Hilton Garden Inn oteli açıldı Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

19 dekabr 2024-cü il tarixində, Hilton Garden Inn Baku otelinin rəsmi açılış tədbiri baş tutmuşdur.

Hilton Garden Inn Baku, Tabia Group portfelinə daxil olan yüksək səviyyəli beynəlxalq otel brendidir. Bu brendin Tabia Group daxilində ölkəmizdə fəaliyyətə başlaması Qrupun üstün səviyyəli qonaqpərvərlik təcrübəsini əlçatan etməyə sadiqliyinin sübutudur.

Otel Sarabski küçəsi 657 ünvanında yerləşir. Hilton Garden Inn Baku Heydər Əliyev adına Beynəlxalq Havalimanından 24 kilometr aralıqdadır. Əlavə olaraq otel Dədə Qorqud parkı, Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi, Zoologiya parkı, 28 Mall və Gənclik Mall kimi mühim istirahət, əyləncə və biznes mərkəzlərinə yaxın məsafədə yerləşir.

12 mərtəbəli, 195 otaqlı otel, yüksək keyfiyyətdə xidmət göstərən restoran, bar və fitness mərkəzi ilə təchiz olunub. Oteldə müasir konfrans otaqları və çoxfunksiyalı tədbir məkanlarına da yer verilib.

"Biz rahatlıq və yüksək səviyyəli xidmət sintezini təklif edən Hilton Garden Inn Baku-nu təqdim etməkdən qürur duyuruq." Hilton Garden Inn Baku-nun Baş meneceri Erhan Gürsel bildirib. "Otelimiz həm işgüzar mütəxəssislərə, həm də istirahət üçün səfər edən qonaqlara xidmət etməyi nəzərdə tutmuşdur. Bugün şəhərimizin mühim istirahət, mədəniyyət və biznes mərkəzləri yaxınlığında yerləşən otelimizin qapılarını ilk qonaqlarına açmış olmaqdan dərin sevinc hissi duyuruq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://baku.ws
archiveBu xəbər 23 Dekabr 2024 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri