Icma.az
close
up
RU
Bakıda imkanlı xanımlar Xəyyamın toruna düşüb: Lüks maşınlar, vəzifəli ata, baş həkim olan ana…

Bakıda imkanlı xanımlar Xəyyamın toruna düşüb: Lüks maşınlar, vəzifəli ata, baş həkim olan ana…

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda tanış olduğu xanımlara qarşı dələduzluq etməkdə ittiham olunan şəxs həbs edilib. O, maddi imkanı yaxşı olan xanımlara özünü iş adamı, imkanlı şəxs kimi təqdim edərək münasibət qurub. Sonra həmin münasibətləri sevgiyə çevirməyi bacarıb. Ən sonda isə həmin qadınlara qarşı dələduzluq edib.

Tribunainfo.az xəbər verir ki, 36 yaşlı Xəyyam 4 nəfərə qarşı dələduzluqda ittiham olunur.

Onun külli miqdarda zərər vurduğu şəxslər də var.

İstintaq zamanı müəyyən edilib ki, Xəyyam daha əvvəl də oğurluq və dələduzluq maddələri ilə təqsirli bilinərək həbs edilib. Sonuncu dəfə 2021-ci ildə dələduzluğa görə aldığı cəza başa çataraq azadlığa buraxılıbmış.

İttihama görə, Xəyyam əvvəlcə Ləman adlı xanımla tanış olub. Onun avtomobilini lombarda girov qoyaraq 6000 manat kredit götürüb. Həmçinin həmin xanımın 1700 manatlıq planşetini ələ keçirib.

Sonra isə Aliyə adlı xanımla tanış olub. Özünü imkanlı, atasını isə tikinti şirkətinin sahibi olan şəxs kimi təqdim edib. Aliyə ilə tanış olaraq onunla ailə həyatı quracağını deyib. Xəyyam Aliyənin “Lexus LX-570” markalı maşınını satmaq istədiyini bilib. Həmin avtomobili sataraq “Porsche” almaq istəyən Aliyəni aldatmaqda ittiham olunur. Aliyənin avtomobilini 60 min manata satıb. Sonra isə “Porsche” markalı avtomobilin sənədləşmə işlərinə görə 17 min manat alıb. Xəyyam daha baha qiymətə olan “Porsche” alaraq Aliyəyə hədiyyə edəcəyini deyib. Lakin həmin məbləği ələ keçirib.

Xəyyam tanış olduğu Leyla adlı xanıma qarşı da eyni üsulla dələduzluq edib. Leyla adlı xanım tanışlıqdan sonra Xəyyama avtomobilini dəyişmək istədiyini deyib. Bu məqsədlə Leylanın “Mercedes” markalı avtomobilini salonlardan birinə satmağa razılaşıblar. Həmin avtomobili 27 min dollara satıblar. Lakin Xəyyam avtosalondan götürdüyü pulu Leylaya çatdırmayıb.

İstintaqla müəyyən edilib ki, Xəyyam son olaraq tanış olduğu Aytən adlı xanıma qarşı da 17 min manatlıq dələduzluq edib. Həmin xanım tikinti şirkətlərindən birində satış direktoru işləyirmiş. Xəyyam ev almaq adı ilə həmin şirkətə gedərək Aytən adlı xanımla tanışlıq edib. Sonra onlar arasında münasibət yaranıb. Xəyyam MİDA-dan ev almaq istəyən Aytəndən 20 min manat alaraq ələ keçirib.

Zərərçəkmiş xanımların ifadələrindən məlum olub ki, Xəyyam tanışlıq zamanı özünü biznesmen kimi təqdim edib, atasının Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işlədiyini, anasının isə xəstəxanalardan birinin baş həkimi olduğunu deyirmiş.

Elan edilmiş heç bir ittihamla özünü təqsirli bilməyən Xəyyam deyib ki, xanımlarla münasibət quran zaman onları aldatmaq fikri olmayıb. Onun sözlərinə görə, xanımların ona qarşı irəli sürdüyü ittihamlar əsassızdır.

İstintaq zamanı məlum olub ki, Xəyyam bu hadisələrdən sonra Türkiyəyə gedərək bir il orada yaşayıb. Sonra isə Azərbaycana qayıdıb. Azərbaycana qayıdandan sonra barəsində edilmiş şikayətlərlə həbs olunub.

Məhkəmənin hökmü ilə Xəyyam 8 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 06 Avqust 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri