Bakıda “İslam dünyasında süni intellekt indeksinin tərtib olunması” beynəlxalq konfransı keçiriləcək
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik və Həmdan Bin Rəşid Əl Maktum Fondunun ali sədri Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum "İslam dünyasında süni intellekt indeksinin tərtib olunması" beynəlxalq konfransında iştirak etmək üçün Bakıya gəlir.
Tədbir Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və ICESCO-nun tərəfdaşlığı ilə dekabrın 8-9-da Heydər Əliyev Mərkəzində keçiriləcək.
Süni intellektin inkişaf trendlərinin elmi əsaslarla ölçülməsi üçün hazırlanmış "İslam dünyasında süni intellekt indeksi" sənədi də məhz ilk dəfə Bakı konfransında təqdim olunacaq.
Konfransın məqsədi İslam dünyasında süni intellekt üzrə əməkdaşlığı gücləndirmək, həmçinin süni intellektin etik, sosial və iqtisadi təsirlərini müzakirə etməkdir.
Tədbirdə ICESCO-ya üzv 10 ölkənin təhsil nazirləri, beynəlxalq ekspertlər, dövlət qurumlarının nümayəndələri və ümumilikdə 150-yə yaxın iştirakçı təmsil olunacaq. Konfrans çərçivəsində təhsil sistemində süni intellektin roluna həsr olunmuş müzakirələr aparılacaq və "ICESCO-ya üzv ölkələr arasında süni intellekt indeksinin tərtib olunması"na dair yekun bəyannamə qəbul ediləcək.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 01 Dekabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















