Bakıda “Karbon tutulması: daha təmiz gələcək” mövzusunda müzakirələr keçirilib
Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda Mühafizəkar İqlim Fondunun təşkilatçılığı ilə noyabrın 16-da COP29 çərçivəsində "Karbon tutulması: daha təmiz gələcək" mövzusunda müzakirələr keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən "ClearPath Vaşinqton”un baş direktoru Ceremi Harrell təmiz enerji və iqlimin qorunması barədə danışıb. O, ABŞ-ın iqlimin qorunması ilə bağlı tədbirlərin sürətləndirilməsində oynaya biləcəyi rola toxunub.
Çıxışlarda Azərbaycanın COP29 liderliyi yüksək qiymətləndirilib.
Tədbirdə, həmçinin karbon emissiyalarının təbiətə vurduğu zərər, bu baxımdan alternativ enerji mənbələrinin rolu və yeni texnologiyalar barədə müzakirələr aparılıb.
Müzakirələr dinləyicilərin suallarının cavablandırılması ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 16 Noyabr 2024 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















