Icma.az
close
up
RU
Bakıda keçirilən Assambleya dövlətimizin gücünün təntənəsidi

Bakıda keçirilən Assambleya dövlətimizin gücünün təntənəsidi

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İyunun 18-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci Baş Assambleyası keçirilib. Milli Məclisin spikeri, QDİƏTPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova Assambleyada çıxış edərək üzv ölkələrin nümayəndələrini Bakıda salamlamaqdan məmnun olduğunu bildirib. O, belə beynəlxalq tədbirlərin xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə və daimiləşməsinə mühüm töhfə verdiyini qeyd edib.

Assambleya çərçivəsində nümayəndə heyətinin rəhbəri Eldar Quliyev də çıxış edərək tədbirin Bakıda keçirilməsindən məmnunluq duyduğunu ifadə edib və qonaqları salamlayıb.

Milli Məclisin deputatı Mahir Süleymanlı Bakıda keçirilən mühüm tədbirlə bağlı Modern.az-a açıqlamasında bildirib ki, assambleya çərçivəsində deputatlar və 60-cı plenar sessiyanın iştirakçıları ilə birlikdə Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonunun kəndlərinə səfər edilib.

"Səfər zamanı ilk növbədə Füzuli Beynəlxalq Hava Limanına baxış keçirilib. Füzulidəki yeni tikililərlə tanış olunub. Qonaqlara qısa müddət ərzində yüksək texnologiya ilə təchiz olunmuş strateji hava limanı və Füzuli rayonunda aparılan genişmiqyaslı bərpa-yenidənqurma işləri barədə ətraflı məlumat verilib.

Növbəti dayanacaq olaraq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfər edilib. Şuşa rayonunun xüsusi nümayəndəliyinin əməkdaşları səfər iştirakçılarına şəhərin üzləşdiyi dağıntılar və hazırda həyata keçirilən layihələr barədə məlumat veriblər.

Plenar sessiya iştirakçılarının növbəti dayanacağı isə Xankəndi şəhəri olub. Nümayəndə heyətinə ərazidə həyata keçirilən sabitləşdirmə tədbirləri, infrastruktur layihələri və şəhərdə həyata keçiriləcək gələcək planlar haqqında geniş məlumat təqdim edilib.

Bu mühüm səfər bir daha sübut etdi ki, Azərbaycan yalnız fiziki yenidənqurma ilə kifayətlənmir, eyni zamanda bölgədə davamlı sülhə və beynəlxalq təminata yönəlmiş təşəbbüsləri qətiyyətlə davam etdirir. Təşkilatın həyata keçirdiyi bu səfər həm də ölkəmizin haqlı mövqeyinin beynəlxalq səviyyədə dəstəklənməsinin real təzahürüdür", - o qeyd edib.

Deputat əlavə edib ki, Azərbaycanın milli maraqlarının qorunması, ərazi bütövlüyünün təmin edilməsi və azad edilmiş torpaqlarının bərpası sahəsində həyata keçirilən siyasət dövlətimizin iradəsinin və gücünün təntənəsidir:

"Bu, cənab Prezident İlham Əliyevin apardığı uğurlu xarici və diplomatik siyasətin nəticəsidir. Səfər çərçivəsində qonaqlar möhtərəm Prezidentin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərini yüksək qiymətləndiriblər. Bu səfər, həmçinin beynəlxalq tərəfdaşlığımız üçün olduqca əhəmiyyətli və təsirli təşəbbüs kimi tarixə yazıldı. Eyni zamanda Şuşa şəhərinə səfər çərçivəsində xarici qonaqlar Cıdır düzü, İsa bulağı, Şuşa qalası və digər tarixi məkanlarla tanış olublar".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 İyun 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri