Tramp marşrutu ilə bağlı sənəd 1 saatda imzalandı
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iki ölkə arasında "Tramp marşrutu" ətrafında əməkdaşlıq haqqında çərçivə sazişinin layihəsini imzalayıblar.
“Cebheinfo.az” “Stratfor”-a istinadən xəbər verir ki, Rubionun İrəvana bir saatlıq səfəri zamanı vacib minerallar və nadir torpaq metalları haqqında memorandum da imzalanıb.
Bu sənədlərin Nikol Paşinyana 7 iyun parlament seçkilərindən əvvəl ABŞ-nin dəstəyini təmin edəcəyi və onun Qərblə daha sıx əlaqələrin Rusiya ilə əlaqələri dərhal kəsmədən Ermənistana investisiya, nəqliyyat əlçatanlığı və strateji əhəmiyyət gətirə biləcəyi arqumentini gücləndirəcəyi bildirilir.
“Lakin Paşinyanın "Vətəndaş müqaviləsi" Partiyasının zəif nəticəsi bu təşəbbüslərin həyata keçirilməsini ləngidə və Rusiyapərəst qüvvələrə Ermənistanın Qərb kursunu məhdudlaşdırmaq üçün daha böyük imkanlar yarada bilər”,-deyə məlumatda bildirolir.
Bu arada, Rusiya Ermənistanın Qərb istiqaməti ilə bağlı xəbərdarlıqlar edib və 28-29 may tarixlərində Astanada keçirilməsi planlaşdırılan sammitdə Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü məsələsini qaldıracağı ilə hədələyib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 27 May 2026 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















