Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Bakıda Latviya Respublikasının 106cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib AZƏRTAC

Bakıda Latviya Respublikasının 106cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 25 noyabr, AZƏRTAC

Latviya Respublikasının elan olunmasının 106-cı ildönümü münasibətilə noyabrın 25-də Bakıda rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, rəsmi qəbulda əvvəlcə Azərbaycanın və Latviyanın Dövlət himnləri səsləndirilib. Sonra çıxış edən Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya COP29-un uğurla başa çatması münasibətilə ölkəmizi təbrik edib. Azərbaycana belə mühüm tədbirə peşəkarcasına ev sahibliyi etdiyi üçün təşəkkürünü bildirib.

"Latviya və Azərbaycan arasında fəal şəkildə artan əməkdaşlığı yüksək qiymətləndiririk. İl ərzində hər iki ölkəyə siyasi və işçi səviyyədə çoxlu sayda səfərlər oldu, o cümlədən Latviya Parlamentinin sədrinin, Parlament üzvlərinin və dövlət nümayəndələrinin səfərlərini qeyd etmək istərdim. Latviya və Azərbaycan əlaqələrinin daha da gücləndirilməsində iştirak edən hər bir kəsə təşəkkür edirəm", - deyə səfir vurğulayıb.

Azərbaycanın Latviya üçün mühüm iqtisadi tərəfdaş olduğunu diqqətə çatdıran Edqars Skuya, həmçinin əlavə edib: "Ticarət dövriyyəsi keçən son iki il ərzində artıb. Hər iki ölkə ixrac, idxal və bir çox sahələrdə ticari və iqtisadi əməkdaşlığın artırilmasına maraqlıdırlar. Dövlətlaərarası Komissiyanın gələn il keçirilməsi planlaşdırılır.Bundan əlavə, bizim 14 bələdiyyə ilə fəal əməkdaşlığımız mövcuddur. Biz gənclər arasında Latviyada təhsilə marağın artdığını görürük".

O qeyd edib ki, 106 il əvvəl qurucu atalarımız Latviyanın müstəqilliyini elan etmək üçün çox tarixi bir addım atdılar: “Bu, qətiyyətli və cəsarətli qərar idi. O vaxtdan bəri biz tariximizin uzun və faciəli dövrlərindən keçsək də, dövlətimizi inkişaf etdirməyə nail olmuşuq. Ancaq hələ də çox dramatik və çətin vaxtlardır. Bu gün biz güclü şəkildə öz ölkəmizin və bütün regionda sülh və stabilliyin yanında dayanmışıq və hər bir ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”.

Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev çıxışında iki ölkə arasındakı münasibətlərin xoş tarixi ənənələrə söykəndiyini vurğulayıb: “XX əsrin əvvəllərindən Latviyanın tanınmış yazıçıları, rəssamları və musiqiçiləri Azərbaycanda yaşayıb, ölkəmizin tərəqqisinə öz töhfələrini veriblər. Bu ilin əvvəlində yanvarın 11-də biz Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Ötən müddət ərzində ölkələrimiz arasında qarşılıqlı etimada, anlaşmaya, hörmətə əsaslanan münasibətlər qurulub. Dövlət və hökumət başçıları, parlament sədrləri və hökumət üzvləri səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib və əməkdaşlığımız bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə uğurla inkişaf edib”.

O bildirib ki, Azərbaycan Prezidentinin 2017-ci ildə Latviyaya rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. “Bu il Latviya Seyminin sədri ölkəmizdə səfərdə olub. Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirlərimizin görüşü olub. Riqada Xarici işlər nazirlikləri arasında 3-cü Strateji Dialoq görüşü baş tutub. Bütün bunlar davamlı siyasi dialoqun yaxşı göstəriciləridir. Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya müvafiq sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanlarının müzakirəsi üçün faydalı platforma rolunu oynayır. Əminik ki, birgə səylərimiz nəticəsində Azərbaycan ilə Latviya arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri növbəti illərdə dövlətlərimizin və xalqlarımızın rifahı naminə daha da genişlənəcək", - deyə F.Rzayev əlavə edib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see493

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see393

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see383

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see329

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see296

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see287

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see224

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see212

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see191

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see172

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see169

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see167

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see162

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see127

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri