Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Bakıda mafiya oyununda dava düşdü: 1 nəfər xəsarət aldı, 1 nəfər həbs edildi

Bakıda mafiya oyununda dava düşdü: 1 nəfər xəsarət aldı, 1 nəfər həbs edildi

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakının Xətai rayonunda mafiya oyunu oynayana şəxslər arasında yaranan mübahisə sonda cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin mayın 18-də Xətai rayonu, A.Cəlilov küçəsində “Apartment” adı altında fəaliyyət göstərən kafedə baş verib. 
Neftçala rayon sakini, 1999-cu il təvəllüdlü Məlik həmin gün gecə saat 00:20-də A.Cəlilov küçəsində “Apartment” adı altında fəaliyyət göstərən kafedə təşkil edilmiş “Mafiya” oyununun qaydalarına riayət edilməməsi səbəbindən Ərdəbil ilə aralarında yaranmış mübahisə zamanı, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı  kobud surətdə pozub. 
Məlik xuliqanlıq niyyəti ilə Ərdəbilin bel nahiyəsindən tutub, idman hərəkətləri işlədərək yerə yıxıb, ona yumruq zərbələri yetirib. 
Hadisəni törədən Məlikin barəsində Cinayət Məcəlləsinin 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məlik ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Ərdəbili üzdən tanısa da, onunla şəxsən tanışlığı olmayıb: “Aramızda əvvəllər heç bir münasibət və ya tanışlıq olmayıb. Mən tez-tez Y.Səfərov küçəsində yerləşən “Apartman 9” kafesində mafiya oyunu oynamışam. Həmçinin orada qruplar var, həmin qrupların birində də mənim Arda kimi tanıdığım Ərdəbil olub”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin may ayının 17-də təxminən saat 23 radələrində oyunda komissar kimi mafiya tərəfindən çıxarılıb: “Oyundan çıxanda oyunun qaydası olaraq komanda yoldaşlarıma bildirdim ki, məni oyundan çıxaran Ərdəbildir, oyunun gələcək gedişatında nəzərə alsınlar. Ərdəbil isə mənə oyundan kənarlaşdıqdan sonra niyə danışdığı barədə irad bildirdi. Lakin aramızda sakit söhbət olub. Heç bir dava-dalaş olmayıb. Mən oradan çıxdım və kafenin otaqlarından birinə getdim. Sonra Ərdəbil məni yanına çağırdı, kafenin ortasında Ərdəbil mənə dedi ki, guya oyundan çıxanda digər komanda yoldaşlarıma gözlə işarə edən zaman məni aşkara çıxarıb. Bundan sonra Ərdəbil boğazımdan tutdu, itələyərək mənə nalayiq sözlər, həmçinin “ala bilirsən səni neynəyərəm” dedi. Ərdəbil fiziki cəhətdən məndən güclü görünüb. Fikirləşdim ki, Ərdəbil məni başqa şəxslərin yanında döyəcək. Ona görə də Ərdəbilin arxa tərəfində keçdim, belindən tutaraq zərərsizləşdirmək istədim. Lakin məndən ağır olduğu üçün Ərdəbili qaldıra bilmədiyim üçün ikimiz də yerə yıxıldıq. Yıxılan zaman Ərdəbil  üstümə yıxıldı. Sonra kafedə olan tanımadığım adamlar bizi ayırmaq istəyən zaman Ərdəbil sinəmdən tutaraq yenə də yerə dartdı. Mənim paltarım cırıldı və ünvanıma nalayiq söyüşlər söydü. Lakin Ərdəbilə heç bir cavab qaytarmadım. Mənim məqsədim ümumiyyətlə Ərdəbil ilə dalaşmaq olmayıb. Ərdəbil bu mübahisəni özü başlayıb. Eyni zamanda həmin vaxt orada Ərdəbilin hansısa xəsarət alması görünməyib. Sonradan Ərdəbil məndən şikayət etdi və təhqiqatçı məni çağıran zaman onun qolunun qırıldığını  dedi. Ərdəbili vurmamışam, döyməmişəm, ona hər hansı bir xəsarət yetirmək niyyətim olmayıb. Əgər Ərdəbilin qolu qırılıbsa, ola bilər ki, yıxılanda qırılıb və ya mənim bilmədiyim başqa bir şəraitdə qırılıb. Mənim əgər Ərdəbili vurmaq, döymək niyyətim olsa idi yerə yıxılan zaman vurardım. Mən yıxılan zaman Ərdəbildən qabaq ayağa qalxmışam. Lakin ona həmin vaxt da heç bir xəsarət yetirməmişm. Həmin vaxt Ərdəbil də mənə heç bir xəsarət yetirməyib. Sadəcə ikimiz də yerə yıxılmışıq. Lakin Ərdəbil ünvanıma nalayiq sözlər deyib. Ərdəbil ilə aramızda mübahisə təxminən 2-3 dəqiqə davam etdi”. 
Təqsirləndirilən şəxs bildirib ki, hadisə zamanı onun xuliqanlıq etmək niyyəti olmayıb: “Zərərçəkmiş şəxsə qarşı heç bir nalayiq ifadə işlətməmişəm və onu vurmamışam. Sadəcə olaraq Ərdəbilin məni
vuracağını ehtimal edərək özümü müdafiə etməyə çalışmışam. Həmçinin zərərçəkmiş şəxslə barışmaq üçün ona 5000 manat təklif etmişəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Ərdəbilin sözlərinə görə, arabir olaraq dostları ilə birlikdə “Apartment” kafedə vaxt keçirib, axşam tərəfi “Mafiya” oyunu oynayıb: “Oyunu təşkil edən olub. Əvvəllər tanımadığım Məlik də həmin oyunda iştirak etdi. Məlik oyun prosesində bir neçə dəfə mənə kobudluq etdi, oyun bitdikdən sonra isə onun arxasınca getdim. Həmin vaxt kafedən çölə çıxdı, içəri qayıdan zaman isə ona yaxınlaşdım, mübahisə etməyə başladıq. Mən iki nəfər şəxslə duran zaman Məlik bizə yaxınlaşdı, mənə nalayiq ifadələr işlətdi. Məlikə iradımı bildirdim, yüngül itələdikdə, Məlik arxama keçdi və fənd işlədərək məni kürəyi üstə yerə vurdu. Sonra isə üstümə çıxdı və yumruqla vurmağa başladı. Həmçinin qolumu sındırdı. Həmin vaxt başım da yerə dəydi və başımda bərk ağrı hiss etdim. Orada olan şəxslər yanımıza gələrək bizi ayırdı və məni kafedən çölə çıxartdılar. Mən çöldə Məliki gözlədim ki, bəlkə aramızda olan anlaşılmazlığa mübahisəsiz formada aydınlıq gətirək. Buna baxmayaraq Məlik çölə çıxaraq qışqırdı, yenə də mənimlə dava etməyə çalışdı. Lakin əlimin bərk ağrıdığını gördüm və oradan xəstəxanaya getməyi qərara aldım. Xəstəxanada qolumun bilək hissədən qırıldığını, belimdə və baş nahiyəmdən xəsarət aldığımı bildim. Bu barədə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət etdim”.
Bu cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məlik 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 
Təqsirləndirilən şəxsə yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət  vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini  dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 
Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 May 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see722

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see412

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see280

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see279

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see263

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see261

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see258

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see246

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see240

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see227

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see222

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see221

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see219

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see219

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see218

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see214

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see205

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see197

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri