Bakıda marketlərdən oğurluq edənləri polis saxladı
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paytaxtın Xəzər rayonunda talama cinayətləri qeydə alınıb. Türkan qəsəbəsində müxtəlif vaxtlarda iki marketdən 75 manat və ödəmə terminalı oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə məlumat verib.
Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı A.Əliyev saxlanılıb.
Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə marketdən 1200 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Piriyev də tutulub.
Faktlarla bağlı araşdırmalar aparılır.
Hurriyyet.az

Polis Bakıda oğurluq və dələduzluq edənləri saxladı
08 Yanvar 2025 11:31
Bank kartından oğurluq edənləri polis saxladı
10 Fevral 2025 14:30
Polis binaların girişində oğurluq edənləri saxladı Fotolar
29 Mart 2025 20:55
Avtomobildən və bankomatdan oğurluq edənləri polis saxladı
13 Fevral 2025 15:43
Sabunçu və Maştağa qəsəbələrində oğurluq edənləri polis saxladı
05 Sentyabr 2025 12:35

