Icma.az
close
up
RU
Bakıda məftilin ümidinə qalan dayanacaq FOTOLAR

Bakıda məftilin ümidinə qalan dayanacaq FOTOLAR

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Bakıdakı dayanacaq problemi azalmaqdansa, getdikcə daha da kəskinləşir.

Ölkə.az xəbər verir ki, istifadəyə yararsız vəziyyətdə olan dayanacaqlar sərnişinlər üçün həm narahatlıq yaradır, həm də məlumatsız qoyur.

Təəccüblüsü isə budur ki, bu vəziyyətdə olan dayanacaqlar şəhərin gözdən kənar yerlərində deyil, mərkəzi ərazilərdə yerləşir.

Fotoda gördüyünüz "mənzərə" "İnşaatçılar" metrostansiyasının çıxışında yerləşən dayanacaqdan qeydə alınıb. Aylardır burada olan oturacaq sınıq vəziyyətdədir. Sərnişinlərin ayaq üstə dayanması üçün nəzərdə tutulan asfalt örtük isə dərə, kələ-kötürdür.

Sakinlər tərəfindən oturacaq nazik məftillə birtəhər dirəklərə bağlanılıb. Hər gün onlarla insan bu oturacaqdan istifadə etməyə çalışır. Bəziləri əyləşərkən yıxılır, bəziləri isə birtəhər tarazlığını saxlayıb ayağa qalxa bilir.

Digər bir problem isə məlumat xarakterli plakatlardadır. Paytaxtın mərkəzi küçələrindəki bəzi dayanacaqlarda avtobusların nömrələri və istiqamətləri ilə bağlı məlumat plakatları olsa da, bu, bütün dayanacaqlarda tətbiq edilmir. Edilən dayanacaqlarda isə məlumatlar yetərsizdir.

Sıxlığı ilə tanınan və gündə yüzlərlə sərnişin daşıyan 120 nömrəli marşrut da belə dayanacaqlardan birindən keçir. Lakin nə marşrut nömrəsi, nə də onun hərəkət istiqaməti ilə bağlı hər hansı məlumat təqdim olunur.

Məsələ ilə bağlı aidiyyəti qurumların hansı tədbirlər görəcəyi isə hələ ki, məlum deyil. Lakin görünən odur ki, paytaxtın ictimai nəqliyyat infrastrukturunda belə bəsit və vətəndaş rahatlığına birbaşa təsir edən problemlər aradan qaldırılmadıqca, “dayanacaq” problemi uzun müddət gündəmdə qalacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 İyul 2025 00:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri