Icma.az
close
up
RU
Bakıda məğlub olan Fransa kəşfiyyatının gizli əməliyyatları ifşa edildi DETALLAR

Bakıda məğlub olan Fransa kəşfiyyatının gizli əməliyyatları ifşa edildi DETALLAR

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransanın Xarici Kəşfiyyat Xidmətinin (DGSE) fiaskoya uğrayan əməliyyatları gündəmdən düşmür.
Publika.az
xəbər verir ki, son iki ildə DGSE-nin həyata keçirdiyi əməliyyatların ifşa edilməsi Fransada xarici kəşfiyyata olan inamı getdikcə azaldır. Kəşfiyyat xidmətinin adı yeni qalmaqala qarışıb.
50 milyon avro qarşılığında Qəddafiyə xidmət
Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin Liviyanın öldürülən prezidenti Müəmmar Qəddafidən pul alması işində DGSE-nin adı hallanır. Hazırda məhkəmə Sarkozinin 2007-ci ildə seçki kampaniyası üçün Qəddafidən qeyri-qanuni şəkildə pul alması faktlarını araşdırır. Söhbət 50 milyon avrodan gedir.

Qlobal kəşfiyyat məlumatları üzrə ixtisaslaşmış “İntelligence Online (İO)” portalının əldə etdiyi məlumata görə, Sarkozinin Qəddafidən pul alması prosesini DGSE həyata keçirib.
“DGSE Qəddafini Sarkozinin seçki kampaniyasını maliyyələşdirməyə inandırıb. Daha sonra Yelisey sarayında iki liderin görüşünü təşkil edib. 50 milyon avroluq dəstəyin qarşılığında DGSE Liviyada Qəddafi hakimiyyətinə kəşfiyyat məlumatlarının toplanması və müxalifətə qarşı mübarizədə dəstək verib”, - kəşfiyyat məlumatında bildirilir.

Fransa casuslarının ifşası

DGSE-nin son bir ildə Myanmadakı kəşfiyyat fəaliyyəti ifşa edilib. Məlumatlara görə, Myanma İttifaqı Respublikasında Fransaya məxsus özəl təhlükəsizlik firmasında çalışan üç şəxs bir il öncə həbs edilib. Həbs edilən şəxslər DGSE-nin casuslarıdır və onların əsas işi Myanmanın şimalındakı Laukkai şəhərində məlumatların toplanması olub.
Ukraynada uğursuzluq
DGSE-nin Fransadan Ukraynaya göndərilməsi planlaşdırılan anti-PUA və anti-dron sistemlərinin Kiyevə çatdırılmasında uğursuzluğa düçar olduğu ortaya çıxıb. Məlumatlara görə, Fransa ordusunun təlim keçdiyi Ukraynanın 155-ci alayına silah və sursat dəstəyinin verilməsi DGSE-yə həvalə edilib. Silahların Parisdən Kiyevə çatdırılması prosesi həyata keçirilsə də, hər dəfə göndərilən silahlar gözləniləndən əskik olub, silahların müəyyən hissəsi yolda “yoxa çıxıb”. Nəticədə tam təchiz edilməyən 155-ci alat Rusiya PUA-ları və dronlarına qarşı mübarizə apara bilməyib.

Casusun etirafı
2024-cü ilin sentyabr ayında İranda turizm şirkəti işlədən və DGSE-yə casusluq edən Bernard Phelan həbs olundu. O etiraf edib ki, “İranın şimalında Vəkilabad həbsxanasında olduğu müddətdə DGSE onunla maraqlanmayıb və bir neçə dəfə uğursuz addımlar atıb”.

Bakıdan başlanan məğlubiyyət

Fransa kəşfiyyatının ən böyük fiaskosu Bakıda yaşanıb. Azərbaycan xüsusi xidmət orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində DGSE-nin Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadaya qədər uzanan casus şəbəkəsi ifşa edildi, o cümlədən, ölkəmizdəki casusları qanun qarşısına çıxarıldı. Bu, Fransa kəşfiyyatının ən böyük uğursuzluğundan biri hesab olunur. Azərbaycan kəşfiyyatının genişmiqyaslı ifşa əməliyyatı Avropa mediasında böyük qalmaqala səbəb olmuşdu. Göründüyü kimi, Makronun kəşfiyyat xidməti biabırçı fəaliyyəti ilə gündmdən düşmür.
Asif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://publika.az
archiveBu xəbər 13 Yanvar 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri