Icma.az
close
up
RU
Ermənistan kəşfiyyatının yalanları İFŞA EDİLDİ DETALLAR

Ermənistan kəşfiyyatının yalanları İFŞA EDİLDİ DETALLAR

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Düşmən ölkənin iki strukturu şərti sərhəddəki vəziyyətlə bağlı ziddiyyətli məlumatlar açıqladı; Cənubi Qafqazda münaqişə yenidən alovlana bilərmi?

Ermənistan Xarici Kəşfiyyat Xidməti 2025-ci ildə Azərbaycan tərəfindən hərbi əməliyyatların başlaması riskini aşağı adlandırıb. Eyni zamanda lokal toqquşmaların və eskalasiyaların baş vermə ehtimalı qalır, lakin iki respublika arasında sərhədin müəyyən edilməsi ilə onu azaltmaq olar.

Erməni kəşfiyyatının fikrincə, bu istiqamətdə ən böyük irəliləyişə İrəvan və Bakı arasında ikitərəfli danışıqlar yolu ilə nail olmaq mümkündür: “2025-ci ildə Azərbaycan hərbi əməliyyatlara keçmək barədə siyasi qərarın qəbulundan hərbi əməliyyatların başlanmasına qədər olan vaxt intervalını azaldaraq, öz hücum imkanlarının inkişaf tempini qoruyacaq. Bu kontekstdə Azərbaycan daha çox mobil birləşmələrə keçid, onların ehtiyatlarının hazırlanması, yeni silahların alınması və idxalı, hərbi infrastrukturun təkmilləşdirilməsi istiqamətində işləri davam etdirəcək”.

Sülh danışıqlarda real irəliləyişin olmadığı və ABŞ-da yeni administrasiya fonunda mövcud olan beynəlxalq qeyri-müəyyənliyi nəzərə alsaq, sərhəddə lokal gərginlik və eskalasiya riski hələ də aktualdır. Ermənistanın silahlanması fonunda əslində kəşfiyyatın bu cür açıqlaması aldadıcı manevr də ola bilər. Çünki Ermənistan Silahlı Qüvvələri Kəlbəcər istiqamətində xəndəklər qazmaqda davam edir. Bu barədə “Bez Tormozov” teleqram kanalı foto sübutlar yayımlayıb. Qeyd edilib ki, Ermənistan təxribatçı addımlarından geri çəkilmir və bölgədə vəziyyəti gərginləşdirməyə davam edir.

Digər tərəfdən, Brüssel Aİ-nin Ermənistandakı missiyasının müddətini uzatmaq niyyətindədir ki, bu da sərhəddə əlavə gərginlik deməkdir. Üstəlik, Brüssel bu missiyanın hərbiləşdirilməsini planlaşdırıb. Caliber.az saytının əldə etdiyi məlumata əsasən, missiyanın mandatının genişləndirilməsi yalnız kəşfiyyat xarakterli deyil, tamhüquqlu hərbi nümayəndəliyə çevrilməsinə səbəb ola biləcək yeni elementləri əhatə edəcək. Bu hərbi bölmələrin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədləri boyunca yerləşdirilməsi planlaşdırılır. Məqsəd Ermənistandan platsdarm kimi istifadə etməklə bölgədə Aİ-nin hərbi amil olaraq mövcudluğuna şərait yaratmaqdır. Ancaq Ermənistanla sərhəd xətləri hələ tam müəyyənləşdirilməmiş Azərbaycan Aİ missiyasının müddətinin ölkəmizlə razılaşdırılmadan uzadılmasına, onun hərbiləşdirilməsinə qarşıdır və buna sərt münasibətini göstərib. Bakı ilk gündən bu missiyanın varlığına heç bir lüzum olmadığını qətiyyətlə bildirib. 2022-ci ilin payızından etibarən əvvəlcə 40 nəfərlə Ermənistana gələn, daha sonra saylarını 138-ə, yekunda isə 209-a çatdıran Aİ heyəti bircə dəfə də olsun bölgədəki erməni təxribatlarını qeydə alıb, mövqeyini ədalətli şəkildə ifadə etməyib.

“Sərhəd rayonlarda düşmən qüvvələrinin (Azərbaycan Ordusu nəzərdə tutulur - red.) cəmləşməsi yoxdur, nisbətən sabit vəziyyət qorunur”. Yanvarın 28-də Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan belə deyib. “Bəli, vətəndaşların qorxusu təbiidir, çünki düşmən Ermənistanın suveren ərazisində qalmağa davam edir. Azərbaycanın müdafiə nazirinin militarist bəyanatları həmişə bizi narahat edir, lakin əməliyyat baxımından əhəmiyyətsizdir. Biz həm sərhəddəki vəziyyəti, həm də bəyanatları diqqətlə izləyirik. Biz qarşımıza qoyulan vəzifələri yerinə yetiririk, siyasi rəhbərliklə sülh, sərhədlərin delimitasiyası və demarkasiyası yolu ilə gedirik və silahlı qüvvələr təkmilləşdirməyə davam edir”, - Asryan bildirib.

Göründüyü kimi, hibrid cəbhədə erməni təbliğatı Azərbaycanı ittiham edir: guya onlara aid ərazini nəzarətə götürmüşük və militarist ritorikada danışırıq, vətəndaşlar qorxurlar... Halbuki xəndək qazan da, avropalı müşahidəçilərə Gorusda döyüş mövqeyində dayanıb “binokl”la izləmək şəraiti yaradan da, mülki missiya adı ilə regiona fransız jandarmasını, alman polisini gətirib tökən də, Fransadan, Hindistandan silahlanıb müharibə ritorikasını davam etdirən də qarşı tərəfdir. Bununla belə, erməni general sərhəddə nisbi sakitlik olduğuna diqqəti cəlb edib. Erməni kəşfiyyatı ilə Baş Qərargahın yaydığı ayrı-ayrı məlumatlar nədən xəbər verir? Cənubi Qafqazda münaqişə alovlana bilərmi, yoxsa ləng də olsa davam edən sülh prosesi, sərhəd anlaşmaları inkişaf etdiriləcək?

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a qeyd etdi ki, Ermənistan propoqandası Azərbaycanın Zəngəzura guya ordu gücü ilə daxil olacağına fokuslanıb. Onun sözlərinə görə, bölgəyə cəlb edilən Qərb qüvvələri də dəhlizin açılmasına əngəl yaratmağa hesablanıb: “Erməni təbliğat maşını dayanmadan işləyir ki, güc yolu ilə dəhlizə girəcəyik, sonra Rusiya Federal Təhlükəsizlik Xidməti koridora nəzarət edəcək, bununla da üçtərəfli sənədin 9-cu bəndi icra olunacaq. Hərçənd bu "qara piar" blefdir və Azərbaycan Zəngəzur dəhlizinə iqtisadi perspektiv kimi baxdığı üçün hərbi variant nəzərdən keçirilmir. Bunu prezident də daha əvvəl bəyan edib ki, biz ora tankla deyil, maşınlarla qayıdacağıq. Üstəlik, biz hansısa qüvvələrin arzularını ifadə etmirik. Ancaq Ermənistan çeynənmiş tezisləri davamlı olaraq dilə gətirir. Bölgədəki hərəkətlilik, avropalı “kəşfiyyatçı”ların mövqelərimizi müşahidə etməsi, amerikalı mühafizə alayının Ermənistana gəlmək planı, Kəlbəcər və sərhədin digər istiqamətlərində xəndəklər qazılması, istehkamlar yaradılması da məhz bu prosesin bir hissəsidir. Yəni Qərb Ermənistana yerləşdikcə, dəhlizin açılması mürəkkəbləşir və Rusiyanın koridora kontrol etmək imkanları zəiflədilir. Mən kəşfiyyat xidmətinin də, Baş Qərargah rəisinin də bəyanatlarındakı ziddiyyətli sözləri belə qiymətləndirərdim".

Hərbi ekspert vurğuladı ki, Azərbaycan hərbi gərginlikdə maraqlı deyil, Ermənistan da bunun bədəlinin nə olacağını dərk edir: “Sadəcə, bu hesabatlarda və bəyanatlarda Azərbaycanı günahkar çıxarmaq səyləri var. Yəni ritorika ondan ibarətdir ki, guya Bakı hərbi toqquşmalarda maraqlıdır. Ermənistandan yana olan Qərb mərkəzləri də oxşar mövqedən çıxış edirlər. Amma güman etmirəm ki, genişmiqyaslı hərbi qarşıdurmalar olsun. Hər hansı lokal əməliyyatlar isə sülh və delimitasiya prosesinə zərbə vuracaq. Buna imkan verilməməlidir. Nəzərə alaq ki, son vaxtlarda Naxçıvan və Laçın istiqamətində mövqelərimiz atəşə tutulub, amma sonra atışma dayanıb. Bu da daha çox siyasi amillərlə bağlıdır. Həmin ərəfələrdə Paşinyanın xarici səfərləri olur, yaxud Rusiya ilə bağlı hansısa proses gedir. Yəni sərhəddə döyüşlər üçün heç bir səbəb görmürəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Yanvar 2025 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri