Icma.az
close
up
RU
Bakıda müştəri kababçını ÖLDÜRDÜ DETALLAR

Bakıda müştəri kababçını ÖLDÜRDÜ DETALLAR

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Bakının Nizami rayonunda 1990-cı il təvəllüdlü Rəhman Qəhrəmanov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Anar Quliyevi qətlə yetirib.

Oxu.Az Demokrat.az-a istinadən məlumat verir ki, qətl hadisəsi 9 aprel 2024-cü ildə, saat 22 radələrində Keşlə qəsəbəsi ərazisində yerləşən kafedə baş verib. Rəhman kafedə müştəri qismində olarkən yaxınlıqda Anarın kababçı işlədiyi "Dadlı Kabab" adlı kafedən sifariş əsasında gətirilmiş lülə kababdan sümük çıxmasını bəhanə edib, onun olduğu kafeyə gəlib irad bildirdikdən sonra aralarında mübahisə baş verib.

Mübahisə zamanı Rəhman heç bir əsaslı səbəb olmadan özündə olan cib bıçağı ilə kafenin girişində qəsdən öldürmək məqsədilə Anarın döş qəfəsinin sol nahiyəsindən 1 dəfə qüvvətli zərbə vurub. Anar aldığı xəsarətdən vəfat edib.

Hadisəni törədən Rəhmanın barəsində 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəhman Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxsi qonşuluqda kirayədə yaşaması ilə əlaqədar tanıyıb: "Mən tanışlarım Könül və Ziya ilə yeyib-içmək üçün 9 aprel 2024-cü ildə axşam saatlarında "Könül çay evi" kafesinə gedərək orada kabab sifariş etdik. Sifariş etdiyim kababın içərisindən sümük çıxdı. Kafedə oturub spirtli içki içərkən təxminən saat 22 radələrində Anar da həmin kafeyə gəldi. Mən ona yaxınlaşıb bişirdiyi kababın içərisindən sümük çıxdığını dedim. Anar isə "məni narahat etmə", "üzrlü hesab et" kimi sözlər dediyindən ondan aralanaraq yerimə qayıdıb oturdum. Lakin Anar dilinin ucunda nə isə danışmağa başladı. Spirtli içki qəbul etdiyimdən onun nə deməsini dəqiq xatırlamamışam".

Rəhman qeyd edib ki, daha sonra Anar ayağa qalxıb onun yanına gəlib: "Anar mənə tərəf gəldikdə cibimdəki bıçağı əlimə aldım və çölə çıxıb orada söhbət etməyimiz üçün sağ əlim ilə sonuncunun sinəsinə yumruqla vuraraq onu itələdim. Bu zaman bıçaq əlimdə olub və Anarın sinəsinə batıb. Lakin bıçaqda qan ləkəsi olmayıb. Birlikdə kafenin qapısından çölə çıxıb orada söhbət etdikdən sonra geri qayıtdım. Aramızda keçən söhbətdən təxminən 35 dəqiqə sonra təcili tibbi yardım avtomobili gələrək Anarı xəstəxanaya apardı. Sonradan onun vəfat etdiyini eşitdim. Mənim Anarı bıçaqla vuraraq öldürmək niyyətim olmayıb. Anarı qəsdən öldürməmişəm. Hadisə ehtiyatsızlıqdan baş verib. Həmin vaxt içkili olduğumdan ağlım başımda olmayıb. Mənim Anarı öldürmək niyyətim olsaydı, Anara ikinci dəfə də bıçaqla zərbə vurardım".

Rəhman qeyd edib ki, əvvəllər Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məhkum olunub, həmin hadisə zamanı zərərçəkəni bıçaqla vurub.

Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər müəyyən olunub. Buna görə də onun həmin ifadələr elan edilərək tədqiq edilib.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəhman Qəhrəmanov 17 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Dövlət ittihamçısı apellyasiya protestini belə əsaslandırıb ki, çıxış zamanı təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona 19 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini təklif edib.

Həmçinin hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən də apellyasiya şikayəti verilib. O, təqsirləndirilən şəxsin barəsində olan cəzanın yüngülləşdirilməsini istəyib.

Hər iki tərəfin şikayəti Bakı Apellyasiya Məhkəməsində araşdırılıb. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti, həm də dövlət ittihamçısının apellyasiya protesti təmin edilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Dekabr 2024 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see286

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see266

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see260

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see244

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see242

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see212

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see204

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see202

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see197

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see187

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see184

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see183

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see181

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see179

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see177

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see176

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see173

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see165

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see159

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri