Bakıda məktəbin həyətində əri tərəfindən boynu kəsilən qadının vəziyyəti açıqlanıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 15:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi 270 nömrəli məktəbdən çağırış daxil olub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən 1974-cü il təvvəllüdlü şəxs boynun arxa hissəsinin kəsilmiş yarası diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub", - məlumatda deyilir.
Qeyd edək ki, Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən E.N Qaranzadə adına 270 nömrəli tam orta məktəbin həyətində məktəbdə tibb işçisi vəzifəsində çalışan qadın həyat yoldaşından boşanmaq istəyib. Buna görə də əri məktəbin həyətində qadının şah damarını kəsib.
Hadisə məktəbin böyük korpusunun qarşısında, saat 15:00 radələrində baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 10 Fevral 2025 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















