Icma.az
close
up
RU
“Bakıda məşhur mağazadan üzük aldım, daşı saxta çıxdı ” Foto

“Bakıda məşhur mağazadan üzük aldım, daşı saxta çıxdı ” Foto

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Şəhərin mərkəzində yerləşən və bahalı zinət əşyaları satılan “Faro” mağazasından üzük aldım. Üzərində ametist daşı olan 330 AZN-lik gümüş üzüyün daşı saxta çıxdı”.

Bu şikayətlə “Qafqazinfo”ya əslən azərbaycanlı olan Türkiyə vətəndaşı Yeganə Özcan müraciət edib.

O, 10 ildən sonra Bakıya gəldiyini və bu zaman aldadıldığını iddia edib: “32 ildir xaricdə yaşayıram. Bundan 3 gün əvvəl, noyabrın 16-sı - 10 ildən sonra Bakıya gəldim. Şəhərin mərkəzində olan “Faro” adlı zərgərlik mağazasına getdim. Orada bizi gözəl qarşıladılar, bəzi seçimlər göstərdilər. Üzüklə yanaşı digər şeylər də bəyəndim, amma yaxşı ki almadım. 330 manata gümüş üzük aldım. Oradakı satış üzrə mütəxəssis bildirdi ki, bu, dünyanın ən təbii ametist daşıdır. Hətta üzüyün ətrafındakı, guya təbii olan digər daşın da adını dedi. Mən isə dəqiqləşdirmək üçün 2-3 dəfə daşın təbii olub-olmadığını soruşdum. Bu zaman dedilər ki, 18 ildir bu işlə məşğuldurlar, gümüş üzərindəki təbii daşlardır, İtaliyadan gəlir və sertifikatları da var. Hətta mənə qızıl məhsullar da göstərdilər”.

Şikayətçinin sözlərinə əsasən, aldığı üzük barmağına balaca olduğu üçün genişləndirmək lazım olub, lakin “Faro” buna görə əlavə ödəniş tələb edib: “Mağazadan bildirdilər ki, üzüyü öz zərgərlərinə göstərəcəklər, amma bunun üçün əlavə ödəniş edilməlidir. Soruşdum ki, üzük böyüdüləndə daşlarının düşmə ehtimalı varmı? Dedilər “yox, zərgərimiz bu işi bilir”. Lakin mən üzüyü uzun illərdir tanıdığımız zərgərin yanına apardım. Ölçünü götürdü, üzüyə çəkiclə vuran kimi üzərindəki ametist dedikləri daş düşdü. Ona üzüyün çox bahalı olduğunu deyəndə güldü. O, lupanın altında daşa baxdı, söylədi ki, bu, təbii ametist yox, rənglənmiş şüşədir. Şok keçirdim. Zərgər yenidən baxdı, hətta gedib digər zərgər dostunu da çağırdı. O da təsdiqlədi ki, saxtadır”.

Y.Özcan mağazadakı digər təbii daşlardan ibarət zinət əşyalarına baxanda şübhələndiyini qeyd edib: “Faro”da təbii koral daşından olan üzüklər də var idi. Həmin daşın olduğu bir başqa üzük özümdə də var. Təbii daşları sevirəm və bu barədə anlayışım olduğu üçün də mağazadakı digər təbii daşla olan zinət əşyalarına baxanda nədənsə şübhələndim. Xaricdən gələn şəxslər və Azərbaycan vətəndaşları buradan çox baha qiymətə satılan zinət əşyalarını alırlar. Amma belə mağazada saxta məhsulların satılması çox ayıbdır və günahdır. Əvvəlcə düşündüm ki, bu, problem deyil, təbii ametist alıb üzüyümün daşını dəyişdirərəm. Amma sonra mağazaya zəng etdim, dedilər istəyirsinizsə, gətirib qaytarın. Onlara üzüyə ölçüylə bağlı müdaxilə etdiyimi bildirdiyim üçün qəbul etmədilər. Qeyd etdilər ki, məsələni rəhbərliklə danışacaqlar. Bu günə qədər nə zəng edən, nə də üzrxahlıq edən var”.

Məsələ ilə bağlı sözügedən mağaza ilə əlaqə saxladıq. Bildirildi ki, “Faro”dan alınmış üzüyün daşı saxta deyil: “Müştəri üzüyü alanda dedi ki, barmağına balacadır. Biz də söylədik ki, zərgərlərimiz gümüş zinət əşyaları ilə, ümumiyyətlə, işləmirlər. Onlar öz zərgərlərinə müraciət etdilər, daha sonra həmin zərgər üzüyün daşının saxta olduğunu deyib. Amma bu, sadəcə zərgərin fikridir. Xanım daha sonra bizə müraciət etdi ki, üzüyün ölçüsünü böyütdükləri zaman ona zərər gəlib və daşı düşüb. Bildirmək istəyirik ki, Azərbaycanda gemologiya ilə məşğul olan universitet yoxdur ki, həmin daşı laboratoriyaya verib onun təbii daş və ya rənglənmiş şüşə olduğu barədə dəqiq məlumat verilsin. Kim rəsmi sənədlə təqdim edə bilər ki, o, saxta daşdır? Bizdə heç kim müştərini aldatmır, aldatmaq fikrində də olmayıb. Mağazada 800 manata da ametist var, 300-ə də. Hamısı daşın keyfiyyətindən, üzüyün modelindən asılıdır. “Faro” hansısa ticarət mərkəzində bijüteriya satan mağaza deyil, illərdir bizdən alış-veriş edən daimi müştərilərimiz var. Həmin xanım öz zərgərinə güvənir, biz də öz zərgərimizə. Bizim zərgərimiz həmin daşın sintetik ametist olduğunu deyə bilər”.

Mədinə Useynova



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see250

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see216

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see206

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see184

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see150

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see145

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see137

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see136

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see133

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see132

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see132

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see131

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see130

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see128

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see125

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see122

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see120

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see120

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri