Bakıda məşhur şadlıq sarayına cərimə də təsir etmədi (VİDEO)
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Xətai rayonunda yerləşən şadlıq sarayından ətrafa yayılan qatı tüstü ətrafdakı binaların sakinlərinin narazılığına səbəb olub.
Qaynarinfo-nun oxu.az-a istinadən məlumatına görə, General Əliağa Şıxlinski küçəsi, 42 ünvanında yerləşən "Afrodita Palace" şadlıq sarayında hər dəfə toy olanda ətrafdakı binaların sakinləri nəfəs almaqda çətinlik çəkirlər.
"Xüsusən də kabab bişirəndə ətrafa o qədər qatı tüstü yayılır ki, pəncərələri kip bağladıqda belə qoxudan nəfəs almaq olmur", - deyə şikayətdə bildirilir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti faktı təsdiqləyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, "Afrodita Palace" şadlıq sarayından havaya tüstünün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat nazirliyin və aidiyyəti qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.
"Aparılan araşdırma və ölçmə işləri zamanı mövcud qaz-toztutucu qurğuya texniki xidmət göstərilməməsi səbəbindən atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı akt tərtib olunub və hazırda obyektin səlahiyyətli nümayəndəsi Elton Duniamalıyev barəsində qanunamüvafiq tədbir görülür", - deyə İ.İbrahimova vurğulayıb.
Qeyd edək ki, ötən il adıçəkilən şadlıq sarayı analoji səbəbdən 2 500 manat cərimələnib.
Baxış sayı:72
Bu xəbər 09 Oktyabr 2026 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















